UNESKO Azərbaycan tərəfindən Covid-19 pandemiyası dövründə həyata keçirilən layihələri yüksək qiymətləndirib

6 İyun 2020 Xəbər
news-inner-photo

UNESKO-nun rəsmi internet səhifəsində COVID-19 pandemiyası ilə mübarizədə cavab tədbirləri barədə Azərbaycan Respublikasında həyata keçirilən layihələr, təşəbbüslər barədə məlumat verilmişdir.

Məlumatda, pandemiya ilə mübarizə çərçivəsində UNESKO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə görülən genişmiqyaslı və məqsədyönlü tədbirlərdən bəhs edilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də UNESKO üzrə Milli Komissiya tərəfindən həyata keçirilən layihə və təşəbbüslərlə yanaşı, məlumatda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən, və eləcə də onunla birlikdə “Kreativ Azərbaycan” portalı (www.creative.az) tərəfindən həyata keçirilən “Evdə qal, evə yarat”, "Sənətə dəstək ol" xeyriyyə aksiyası, Onlayn təlim proqramı, “Kreativ Azərbaycan” Virtual Platforması, "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsi, Kreativ Azərbaycan Forumu onlayn sosial şəbəkə platforması, “Yaradıcılığı evdə öyrən” layihəsi, “Evdə qal, tamaşa izlə” kreativ layihə, “Muzeylərə virtual səyahət” layihəsi, “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsi, Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda Hekayə müsabiqəsi, “Evdə qal-Qalib gəl!”, “Sənətinlə dəstək ol”, “Vətənimizə virtual səyahət”, “Evdə qal və evdə öyrən” kimi layihələr haqqında geniş bəhs edilmişdir.

Məlumatın tam mətni ilə burada tanış ola bilərsiniz.

Mənbə: http://www.unesco.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?