Maliyyə və dəstək imkanları

Beynəlxalq təşkilatlar

Avropa Şurasıshow-more-icon

Avropa Şurası

MƏDƏNİYYƏT SİYASƏTİ VƏ FƏALİYYƏTİ DEPARTAMENTİ

“Mosaic” Layihəsi

Mədəniyyət və Mədəni İrs Müdirliyi Avropa Şurası, FransaTel. +33.3.88.41.28.35Faks. +33.3.88.41.37.82
Avropa Komissiyasıshow-more-icon

Avropa Komissiyası

Layihənizin mahiyyətindən asılı olaraq, Avropa institutları içərisində böyük sayda kontakt şəxsləri və maliyyə mənbələri vardır. Ümumilikdə, mədəniyyət sahəsi üçün açıq olan maliyyə mənbələrindən biri vasitəsilə dəstək əldə oluna bilər. İlk olaraq, ölkənizdə yerləşən Avropa Komissiyasının ofisi ilə, ikinci halda isə hazırda mövcud olan maliyyələşmə imkanları barədə daha ətraflı məlumat almaq üçün Brüsseldəki nümayəndəniz ilə, üçüncü halda isə Komissiyanın özü ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Avropa Komissiyası 200 Rue de la Loi 1049 Brüssel Belçika
UNESKOshow-more-icon

UNESKO

The United Nations Educational, Scientific and Cultural Organisation was founded in 1945. The headquarters is in Paris France and it has over 70 units worldwide. Applications for funding must come from the member states, via their national commission. Other than funding, however, UNESCO is an invaluable source of information much of which is easily accessible via their comprehensive site.

Place de Fontenoy 75351 Paris 07 SPTel. +33 1 45 68 10 00Faks. +33 1 45 67 16 90

Beynəlxalq fondlar

UNESKO-nun Mədəniyyət Sektoru özünün Konvensiyaları və proqramları vasitəsilə müxtəlif yollarla mədəniyyətin təşviqi, mədəni irsin qorunması və yaradıcılığın inkişafı məqsədilə bir sıra beynəlxalq fondlara malikdir. Hər bir fonddan dəstək əldə edilməsi və müraciətlərin qəbulu üçün xüsusi qaydalar vardır. Maliyyələşdirilən fəaliyyətlər yerli icmalar və inkişaf etməkdə olan ölkələr üçün müsbət dəyişikliklərin meydana gəlməsinə və dayanıqlı sosial-iqtisadi inkişafa öz töhfəsini verir. Üzv dövlətlər, ayrı-ayrı fərdlər və özəl sektorlardan əldə olunan hər hansı ianələrin də bu fondlara əlavə qatqısını UNESKO yüksək dəyərləndirir. İanələrinizi əsirgəməyin!

Beynəlxalq Mədəni Müxtəliflik Fondu (IFCD) show-more-icon

Beynəlxalq Mədəni Müxtəliflik Fondu (IFCD)

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiya IFCD 2005-ci il Konvensiyasına qoşulmuş inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sektorunun ortaya çıxmasını stimullaşdırmaq məqsədilə Hökumətlərarası Komitə tərəfindən qərar verilmiş fəaliyyətlərin icrasına dəstək verir.

Qeyri-Maddi Mədəni İrs Fondu show-more-icon

Qeyri-Maddi Mədəni İrs Fondu

"Qeyri-maddi mədəni irsin qorunması haqqında" 2003-cü il Konvensiya 2003-cü il Konvensiyasında müəyyən edildiyi kimi qeyri-maddi mədəni irsin qorunması məqsədilə fəaliyyətlər üçün Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən Qeyri-Maddi Mədəni İrs Fondu vasitəsilə dəstək təmin edilir.

Dünya İrs Fondu show-more-icon

Dünya İrs Fondu

“Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiya Dünya İrs Fondu 1972-ci il Konvensiyasına tərəfdar çıxan Üzv Dövlətlərə kömək məqsədilə beynəlxalq yardım, konservasiya və nominasiyalar ilə əlaqədar Dünya İrs Komitəsi tərəfindən müəyyən edilən fəaliyyətləri dəstəkləyir.

Mədəni sərvətlərin Mənşə Dövlətinə Qaytarılması və ya Qanunsuz Mənimsənilmə halında onların Restitusiyasına yarım üzrə hökümətlər arası Komitənin Fondushow-more-icon

Mədəni Sərvətlərin Mənşə Dövlətinə Qaytarılması və ya Qanunsuz Mənimsənilmə halında onların restitusiyasına yardım üzrə Hökumətlərarası Komitənin Fondu

Mədəni sərvətlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il Konvensiyası. Bu Fond Üzv Dövlətlərə mədəni sərvətlərinin geri qaytarılması yaxud restitusiyasını həyata keçirmək və mədəni sərvətlərin qanunsuz ölkədən çıxarılması ilə effektiv mübarizə aparmaq istiqamətində göstərdiyi fəaliyyətlərə dəstək verir.

Silahlı Münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması Fondu show-more-icon

Silahlı Münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması Fondu

Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Konvensiyası Bu Fond Silahlı Münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin müəyyən etdiyi qaydada, dinc dövrlərdə zəruri hazırlıq tədbirləri, eləcə də silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması məqsədilə tədbirlər üçün maliyyə yardımı ayırır.

Fövqəladə vəziyyətlərdə Mədəni İrsə Yardım Fondu show-more-icon

Fövqəladə vəziyyətlərdə Mədəni İrsə Yardım Fondu

Bu Fond fövqəladə vəziyyətlərdə, təbii fəlakətlər və münaqişələr zamanı mədəni irsin qorunmasında Üzv Dövlətlərə yardım etmək üçün fəaliyyət göstərir.

Beynəlxalq Şəbəkələr və platformalar

Son illərin ən maraqlı təmayüllərindən biri ideya mübadiləsi, məlumatların toplanması və yaxşı təcrübələrin qazanılması məqsədilə oxşar maraqları bölüşən təşkilatların bir araya gəldiyi incəsənət və mədəniyyət şəbəkələrinin inkişafı olmuşdur. İndi çoxlu belə şəbəkələr mövcuddur və yalnız bir neçəsi haqqında burada qeyd etmək olar. Uyğun gəlirsə, bu kimi şəbəkələrə qoşulmağı nəzərdən keçirə bilərsiniz və hər halda onlar yaxşı məlumat və ideya mənbəyi ola bilərlər. Aşağıdakı təşkilatlar ümumi informasiya üçün yaxşı başlanğıc hesab olunur və onların tam əlaqə vasitələri aşağıda verilmişdir.

“EUCLID International” show-more-icon

“EUCLID International”

Birləşmiş Krallığın mədəniyyət məsələləri üzrə rəsmi əlaqədar mərkəzi kimi fəaliyyət göstərən incəsənət və mədəniyyət üzrə kommersiya informasiya agentliyidir. Euclid International maliyyələşmə və təlimlər də daxil olmaqla, Avropada əsas mədəniyyət mövzuları üzrə DİCE adlı tədqiqat və çox faydalı informasiya bülletenləri buraxır. Kommersiya təşkilatı olmasına rəğmən, hədsiz geniş çeşiddə faydalı məlumatlar təklif edir.

“Euclid International” agentliyi 1-ci mərtəbə 46 – 48 Mount Pleasant Liverpul L3 5SD Birləşmiş KrallıqTel. +44 151 709 2564Faks. +44 151 709 8647
EFAH (Avropa İncəsənət və Mədəni İrs Forumu)show-more-icon

EFAH (Avropa İncəsənət və Mədəni İrs Forumu)

Avropa İncəsənət və Mədəni İrs Forumu Avropada incəsənət və mədəniyyət sahələri üzrə aparıcı çox-profilli şəbəkədir. Forum çox qiymətli şəbəkələşmə və informasiya təminatçısı rolunu oynayır və Avropa İnstitutları ilə sıx əlaqələr saxlayır.

Europa Nostra show-more-icon

Europa Nostra

Avropa mədəni irsi və tarixi mühitinin görüşdüyü yer. Europa Nostra təşkilatı 1963-cü ilin 29 noyabr tarixində Parisdə təsis edilmişdir. 50 ildən artıq müddətdə, təşkilat mədəni irs qorunması və lobbiçilik fəaliyyətlərini icra edərək, bu gün 40-dan çox ölkədən olan üzvləri ilə Avropada ən böyük irs təşkilatıdır.

Europa Nostra Langevoorhout 35 Aİ – HaaqaTel. +31 70 356 0333Faks. +31 70 361 7865
Avropa Mədəniyyət Şəbəkələri Forumu (INTERARTS) show-more-icon

Avropa Mədəniyyət Şəbəkələri Forumu (INTERARTS)

1995-ci ildə təsis edilmişdir. Baş mənzil qərargahı Barselonada yerləşən INTERARTS təşkilatı özünün beynəlxalq fəaliyyətini tərəfdaş təşkilatlar və peşəkarlar vasitəsilə həyata keçirir. Qeyri-kommersiya qurumu olaraq, təşkilat özəl yaxud dövlət fondlarından heç bir əməliyyat dəstəyi almır və konkret layihələr ətrafında öz fəaliyyətlərini həyata keçirir.

Rambla Catalunya 81 Pral. E-08008 Barselona, İspaniyaTel. +34 93 487 70 22Faks. +34 93 487 26 44
TransEuropeHallesshow-more-icon

TransEuropeHalles

Avropada ən erkən yaradılmış və ən dinamik fəaliyyət göstərən mədəni şəbəkələdən biridir. 1983-cü ildən başlayaraq istifadə edilməyən binaların incəsənət, mədəniyyət və yaradıcı fəaliyyətlər üçün yenidən təşkilini həyata keçirir. Baş mənzil qərargahı İsveçdə yerləşir, 33 ölkədən 118 üzvü vardır.

c/o Mejeriet, Stora Sodergatan 64, SE -222 23 İsveç
IETM (Avropa Teatr Birliyi)show-more-icon

IETM (Avropa Teatr Birliyi)

Birlik müasir tətbiqi sənət şəbəkəsi olaraq teatr, rəqs, sirk fəaliyyəti, tamaşalar, canlı sənət növləri, yeni mediya sahələrində fəaliyyət göstərən 450-dən çox təşkilat və fərdlərin platformasıdır. Üzvlərə festivallar, şirkətlər, prodüserlər, teatrlar, tədqiqat və resurs mərkəzləri, universitetlər və institusional qurumlar daxildir.

Meri Ann DeVlieq (Koordinator)

Fanni Bukerel (Əlaqələr üzrə əməkdaş)

Renat Papş (Administrator)

19 Sainctelette meydanı 1000 Brüssel - Belçika
Mladiinfo International show-more-icon

Mladiinfo International

2003-cü ildə Mladiinfo FEJS MK (Avropalı Jurnalist Tələbələrin Makedoniya Forumu) qeyri-hökumət təşkilatı kimi gənclərin təhsil və inkişaf ehtiyaclarını qarşılamaq üçün onlara dəstək olmaq məqsədilə yaradılmış qurumdur. Bu missiyanı həyata keçirmək üçün www.mladiinfo.eu portalı vasitəsilə gənclər üçün beynəlxalq miqyasda olan imkanlar – təqaüd proqramları, internaturalar, konfranslar, təlimlər, könüllülük proqramları və s. barədə yeniliklər müntəzəm olaraq verilir. Beynəlxalq bir şəbəkə kimi gənclər şəxsi inkişaf və karyera imkanları barədə məlumatlandırılmaqla yanaşı, həmçinin öz icmalarında gedən inkişaf proseslərinə öz müsbət töhfələrini vermək üçün də lazımi təlimləri alırlar.

Filip Filipovic 22, 1000 SkopyeTel. +389 2 520 98 90
Youth Opportunities (Gənclər üçün İmkanlar)show-more-icon

Youth Opportunities (Gənclər üçün İmkanlar)

Dünyanın hər yerindən olan gənclər üçün təqaüd proqramları, müsabiqələr, konfranslar, mübadilə proqramları, təlimlər və digər imkanlar barədə pulsuz olaraq məlumatlar və yeniliklər təqdim edən ən böyük platformadır.

Opportunities for Youth (Gənclər üçün İmkanlar) show-more-icon

Opportunities for Youth (Gənclər üçün İmkanlar)

İnformativ onlayn portal olaraq gənclər və yaradıcı şəxslər üçün zəruri informasiyalar və imkanlar barədə yenilikləri təqdim edir. Bu portalda təhsil imkanları, təqaüd proqramları, qrantlar, təlim və konfranslar, iş və internatura imkanları haqqında yenilənmiş məlumatlar təqdim edilir.

HeySuccessshow-more-icon

HeySuccess

Qlobal tələbə proqramlarını vahid platformada real zaman rejimində təqdim edən portaldır: Burada internaturalar, könüllü proqramları və iş yerləri, təqaüd və mübadilə proqramları, eləcə də konfranslar, yay məktəbləri və müsabiqələr haqqında yeniliklər əks olunur.

İnternet ünvanları

Fandreyzinq üçün araşdırmaları daha da asanlaşdıran mühüm vasitələrdən biri də internetdir. Korporativ məlumatlar olsun, fondlar və dövlət qrantları haqqında məlumatlar və meyarlar, və yaxud ümumən fandreyzinq üçün həqiqətən öyrənmə və təhsil alətləri olsun, indi hamısı internetdə elektron qaydada əlçatandır. İnternet səhifələri həmçinin araşdırmaları başlamaq üçün yaxşı başlanğıc nöqtəsi hesab olunur, lakin onlardan istifadəni öyrənmək zaman alır.

İnternetdə araşdırmanın iki yolu var: xüsusi və ümumi. Xüsusi araşdırmada, siz hansısa konkret bir adı yaxud internet ünvanını axtarırsan və sənə lazım olan xüsusi məlumat üçün konkret sayta baş vurursan. Ümumi axtarışda isə, hansısa əsas açar sözlərdən və ya ifadələrdən istifadə edərək axtarış edib lazımi ümumi məlumatları toplaya, layihə ideyalarını yığa bilərsən. Bu yanaşma adətən ən faydalı hesab olunur.

Aşağıda fandreyzinq, incəsənət sahələri və qeyri-kommersiya fəaliyyətlərinə dair ideyalar və mövzularla sizi tanış edəcək bir sıra maraqlı internet səhifələri verilmişdir. Onların dəqiqliyi və yenilənmiş olması üçün çox çalışmalar aparılmışdır. Bütün fandreyzinqdə olduğu kimi, ümumi və asan əlçatan informasiyalar hər kəs tərəfindən istifadə edilir. Ən maraqlı qənaətlər və ideyalar isə özünüz tapdıqlarınız olur.

close-btn
 

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik