“Kreativ Azərbaycan” portalı onlayn təlim proqramına start verir

6 Aprel 2020 Xəbər
news-inner-photo

Peşəkar təlimçilər tərəfindən konkret mövzular üzrə gündəlik həyatınızda sizə faydalı olacaq müxtəlif bilik və bacarıqlara onlayn formada yiyələnmək istəyirsiniz? O zaman yeni hazırladığımız bu proqram məhz sizin üçündür.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kreativ Azərbaycan” portalı mədəniyyət sahəsində çalışan əməkdaşlar, eləcə də özəl sektor nümayəndələri, ayrı-ayrı yaradıcı şəxslərin vacib mövzular üzrə bilik-bacarıqlarının artırılması məqsədilə Onlayn video təlimlər proqramının başlanmasını elan edir. Bu video təlimlər vasitəsilə siz müxtəlif müasir bilik və bacarıqlara yiyələnə biləcəksiniz.  

Mövzular üzrə video təlim mühazirələri creative.az portalında xüsusi bölmədə, eləcə də portalın Facebook səhifəsində yerləşdiriləcək. Təlim iştirakçıları mövzular üzrə mühazirələrə dair qeydlər bölməsində suallar ünvanlaya, onlara cavablar ala biləcəklər. Qrafik dizayn, layihə idarəetməsi, marketinq, PR və digər mövzulara dair keçiriləcək təlimlər moduldan asılı olaraq müxtəlif müddəti əhatə edəcək.

Yaradıcı sənaye sahələrinin peşəkarlarının təqdimatında öyrədici videolardan yararlanmaq istəyirsinizsə, bizi izləməyə davam edin. 

#creativeaz #evdəqal #evdəqalevdəyarat

Bu məqalə sizin üçün faydalı oldumu?