"Kreativ Azərbaycan" portalının Virtual Platformasının ilk Panel Müzakirəsi: 14 aprel 2020, saat 15:00!

13 Aprel 2020 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kreativ Azərbaycan" portalının Virtual Platforması təsis olunmuşdur. Platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin onlayn müzakirələr üçün bir araya gəlməsidir.

İlk platforma görüşü virtual olaraq cari ilin 14 aprel tarixində saat 15:00-da keçiriləcəkdir. Görüş “Kreativ Azərbaycan” platformasının Facebook səhifəsindən (www.fb.com/creative.az) canlı yayımlanacaqdır.

Virtual Panelin mövzusu: “Covid-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar”.

Moderator:

Vasif Eyvazzadə - AR Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri

Panelistlər:

  • Fariz İsmayilzadə - ADA Universitetinin prorektoru
  • Tural Kərimli - İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri
  • Şahin Seyidzadə - AR Milli Məclisin deputatı
  • Rüfət Həmzəyev - AZTV-nin sədr müavini
  • Fariz Cəfərov - AR Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumət İnkişafı Mərkəzinin Direktoru
  • Günel Fərəcova - Ernst & Young şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri
  • Hüseyn Hüseynov - AR İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri
  • Rəşad Əzizov - AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri
  • Cəsarət Valehov - AR Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
  • Ramil Abbəkirov - AR Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri
Bu məqalə sizin üçün faydalı oldumu?