"Sənətə dəstək ol" xeyriyyə aksiyası

7 Aprel 2020 Xəbər
news-inner-photo

"Kreativ Azərbaycan" portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə "Sənətə dəstək ol" adlı xeyriyyə aksiyasına start verir.

Koronavirusun (COVID-19) dünyada yayılması bütün sahələrə böyük təsir göstərir. Bir sıra biznes nümayəndələri, fərdi sahibkarlar öz gəlirlərini itirməkdədir. Bu itkilər həmçinin yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən rəssamlar, sənətkarlar, yazıçılara təsir göstərmiş, onların bir çoxu üçün çətin maddi vəziyyət yaratmışdır.

Ölkəmizdə virusla bağlı çətinliklərin qarşısının alınması, insanların rifahının yaxşılaşdırılması üçün Hökumət və ayrı-ayrı təşkilatlar tərəfindən bir sıra addımlar atılır. Həmçinin fərdi şəkildə də xeyriyyə təşəbbüsləri mütəmadi olaraq baş tutur.

"Sənətə dəstək ol" xeyriyyə aksiyası çərçivəsində Sizi çətin maddi vəziyyətə düşən yaradıcı insanlara dəstək olmağa çağırırıq.

Aksiya çərçivəsində bu insanlar haqqında məlumat veriləcək və onların əsərləri sosial şəbəkələr vasitəsilə satışa çıxarılacaqdır. Alınan əsərlər isə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaqdır. Əsərləri alanlara həmçinin virusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaqdır.

Qeyd: Almağa razılıq haqqında məlumat sosial şəbəkədə paylaşımın altında şərh formasında və ya Kreativ Azərbaycan portalı ilə əlaqə saxlanılaraq (açıq və ya anonim formada) verilə bilər.

Aksiya çərçivəsində əlaqələndiricilik xidməti təmənnasız olaraq Kreativ Azərbaycan portalı tərəfindən həyata keçiriləcəkdir.

Aksiya ilə bağlı suallar Kreativ Azərbaycan portalı ilə əlaqə saxlanılaraq verilə bilər:

Facebook: facebook.com/creative.az,

Instagram: instagram.com/kreativaze

Email: [email protected]

Sənətə dəstək ol!

#SənətəDəstəkOl #YaradiciligiYashat #CreativeAz #SayNoToCovid

Bu məqalə sizin üçün faydalı oldumu?