“Yaradıcılıqda Qırmızı Körpü”

19 Noyabr 2021 Xəbər
news-inner-photo

“Yaradıcılıqda Qırmızı Körpü” Azərbaycan və Gürcüstanın mədəniyyət və yaradıcı sənayeləri arasında yeni əməkdaşlıq platformasıdır. Bu platforma “Kreativ Azərbaycan” portalı və “Kreativ Gürcüstan” təşkilatı tərəfindən birgə yaradılmışdır.

Platforma çərçivəsində müasir visual incəsənət mövzusuna həsr olunan 1-ci müzakirə görüşü “Yarat” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə təşkil olunur.

Azərbaycan və Gürcüstandan olan özəl və qeyri-hökumət tərəfdaşlarını bir araya gətirəcək tədbir yaradıcılıq körpüsü vasitəsilə hər iki ölkənin vizual sektorları arasında təcrübə və ideya mübadiləsi, daha sıx işgüzar əlaqələri təşviq etmək məqsədi daşıyır.

Uğurlu təcrübə və ideyalar müzakirə edildikdən sonra görüş zamanı auditoriya tərəfindən ünvanlanacaq suallar da müzakirə olunacaqdır. Tədbir “Zoom” vasitəsilə təşkil olunacaq və “Facebook” vasitəsilə canlı yayımlanacaqdır. İzləyicilər canlı yayıma qoşularaq suallarını ünvanlaya bilərlər.

Bu məqalə sizin üçün faydalı oldumu?