Zəfər Günümüzə yaraşan xəbər!

8 Noyabr 2021 Xəbər
news-inner-photo

Mədəniyyət və Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində #Lənkəran “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olan 49 şəhərdən biri olub. Qeyd edək ki, Lənkəran şəhəri bu siyahıya “qastronomiya” tematikası üzrə salınıb.

Nəzərinizə çatdıraq ki, “Yaradıcı şəhərlər şəbəkəsi” inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

Bu məqalə sizin üçün faydalı oldumu?