Aut quia eos reprehe
Məşhur sənətkarlıq brendlərimiz
Kreativ sənayenin ölkədə inkişafını artan yaradıcı sahibkarlıq fəaliyyətində və yerli brendlərin artmasına əsasən müəyyən edə bilərik. Bu məqalədə sənətkarlıq sahəsində fəaliyyət göstərən məşhur yerli brendlərlə tanış olacağıq. Belə brendlərin sayı kifayət qədər çoxdur, bu gün isə onlardan bir qrupu haqqında məlumat verəcəyik.
Resm Jewelry
Gözəlliyi və Mədəni İrsi qovuşdurmaq məqsədilə ərsəyə gətirilmişdir.
Resm Jewelry zinyət əşyalarının hazırlanması ilə məşğul olan yerli brenddir. Bütün məhsulları Azərbaycan tarixini, özəlliklərini naxışlarını özündə əks etdirir. Hazırlanan hər məhsul kolleksiyası tarixin incə izlərini üzərində daşıyır.
“Resm zinyət əşyaları qədim Azərbaycanın naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Sadəcə dəbli aksesuar deyil, Resm məmulatları Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən qabaq, ruhu ilə bir əlaqə yaradır. Aid olduğu dövrdən asılı olmayan bir xarakterə və ən yüksək keyfiyyətə malik olmaqla yanaşı, Resm zinyət əşyaları adi dəb meyllərindən üstün olmağa, əcdadların yaşadığı bir aləmə qatılmağa imkan verir.
Bütün Resm məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəsini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur. Bu nadir və eksklüziv incəsənət əsərləri gözəllik və irsə təbii meylliliyi və bağlılığı olan hər bir kəs üçün ideal bir hədiyyədir.”
Resm Jewelry haqqında ətraflı məlumatı 4 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/resmjewelry/
https://www.facebook.com/ResmJewelry/
https://www.youtube.com/channel/UCwiBgvdaMT_gR7v_nhxYYvA
Çələbi
Çələbi brendi əl işləmələri ilə hazırlanan mebel, keramika, yastıq, müxtəlif parça növləri və aksessuarlar təklif edir. Burada bütün məhsullar Azərbaycana məxsus özəl detalların və tarixin təcəssümüdür.
“Çələbi Qarabağ xalçası məktəbinin məşhur dizaynlarından və Azərbaycanda 7 xalça məktəblərindən biridir. Onun adı ölkənin şimal-qərbində yerləşən Qarabağ bölgəsindəki dağlıq və mənzərəli bir kənddən gəlir, hansı ki möhtəşəm bəzəkli xalçaları ilə tanınır.
Ənənəvi Azərbaycan modelləri, milli motivlər və folklor səhnələri məhsulların əksəriyyətini bəzəyir və iki məqsəd daşıyır: görüntüdə parlaqlığı yansıtmaq və eyni zamanda uşaqlığın qayğısız xatirələrini yada salaraq, sizi gündəlik həyatınızda ötəri olaraq o günlərə aparmaqdır.”
Çələbi haqqında ətraflı məlumatı 3 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/chelebifurniture/
https://www.facebook.com/chelebifurniture/
I Love Baku
I Love Baku yerli suvenir brendidir. Brend Azərbaycana aid ornamentlər və naxışlarla bəzədilmiş geniş çeşiddə məhsullar təklif edir.
"I love Baku" Azərbaycanın ilk rəsmi suvenir brendidir. İncə zövqlə dizayn edilmiş, hər bir “I love Baku” suveniri ölkəmizin tarixi, zəngin mədəni irsi və ənənələrini, əsrlər boyu qorunub saxlanan və nəsildən-nəsilə ötürülən nadir milli ornamentləri, naxışları özündə əks etdirir. Azərbaycandan sevgilərlə, sizlər üçün!
I Love Baku haqqında ətraflı məlumatı 3 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/ilovebaku_official/?hl=en
https://www.facebook.com/ilovebakuofficial
Manzar Hajiyeva Agency
Manzar Hajiyeva Agency Azərbaycanın incisi olan kəlağayıların hazırlanması ilə məşğul olan yerli brenddir. Brendin London və Bakı üzrə onlayn mağazaları fəaliyyət göstərir. Həmçinin Manzar Hajiyeva Agency tərəfindən hazırlanan kəlağayılar fərqli ölkələrin sərgilərində Azərbaycan adını təmsil edir.
“Hər il Azərbaycanın zəngin irsindən ilhamlanaraq yeni kolleksiya hazırlayırıq. Şərflərimiz məhdud sayda olur və bəzən bir nümunəni təkrarlaya bilmirik, bu da həmin məhsulu tamamilə unikal edir.
Kəlağayı istehsalı məşhur miras sənətidir. Taxta və ya metal ştamplarda basılmış naxışlar isti muma batırılmış ipəyin üzərinə qoyularaq hazırlanır.”
Manzar Hajiyeva Agency haqqında ətraflı məlumatı 5 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.menzerhajiyeva.com/
https://www.instagram.com/menzer_hajiyeva/
https://www.facebook.com/mhajiyeva
https://www.youtube.com/channel/UCfw4llKmLuiCcyLSHp3IEBw
https://www.pinterest.com/menzerhajiyeva/_created/
Ninka Cards
Ninka Cards yerli müştərilərə onların zövq və istəklərinə əsasən fərdi açıqçalar, dəvətnamələr, albomlar, xüsusi giftbokslar hazırlayır.
“Hər bir yeni sifariş və hekayə bizim üçün yeni bir dünya kimidir, çalışırıq ki bu dünyadan maksimum dərəcədə vacib detalları tapıb, sifarişdə gözəl bir şəkildə əks etdirək.”
Fərdi sifarişlərdən savayı, müştərilərə hazır açıqçalar və məhsullar da təklif olunur.
Ninka Cards haqqında ətraflı məlumatı 2 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/ninkacards/?hl=ru
Butali Azerbaijan Jewellery
Butali Azerbaijan Jewellery məhsulları Azərbaycan incəsənəti və kəlağayı ornamentlərindən ilhamlanaraq hazırlanmışdır. Hər biri yaradıcılıq nümunəsi olan bu məhsullar yerli incəsənətin xüsusiyyətlərini özündə əks etdirir.
Butali Azerbaijan Jewellery haqqında ətraflı məlumatı 2 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/butaliofficial/?hl=en
https://www.facebook.com/ButaliAzerbaijanJewelry/
Handicraft Baku
Handicraft Baku müxtəlif növ əl sənəti məhsulları dükanıdır. Məhsulların hazırlanması zamanı yerli mədəniyyəti əks etdirən elementlərlə yanaşı, digər nümunələrdən də istifadə olunur. Geniş çeşiddə təklif edilən məhsullar yaradıcılıqla maraqlanan şəxslərin xüsusi diqqətini çəkir. Hazırlanan əl işləri izləyiciləri incəsənətin müxtəlif sahələrinə səyahətə aparır.
Handicraft Baku haqqında ətraflı məlumatı 2 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/handicraft_baku/?hl=en
https://www.facebook.com/handicraftbaku1/photos/?ref=page_internal
Nargis Porcelain
Nargis Porcelain ev aksessuarları, xüsusi dizaynlarla hazırlanmış müxtəlif əl işləri təklif edir. Burada həm müasir dövrün, həm də tarixin elementlərini əks etdirən məhsullar tapmaq mümkündür. Məhsulların əl işi olması onları daha diqqətçəkən və dəyərli edir.
Nargis Porcelain haqqında ətraflı məlumatı 2 fərqli platforma üzərindən əldə edə bilərsiniz:
https://www.instagram.com/nargisporcelain/?hl=en
https://www.facebook.com/nporcelain
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA