Şəhərsalmada kreativ klasterlərin əhəmiyyəti

17 Oktyabr 2021 Məqalalələr
news-inner-photo

Son on ildə dünyanın hər yerindəki iqtisadi perspektivlərdə əhəmiyyətli dəyişiklik edildi. Gələcək inkişaf naminə böyük əməkdaşlıqları startaplar, sahibkarlıq və kreativ sektor əvəz etdi. Bu sahələr hal-hazırda iqtisadiyyatın ən dinamik, innovativ və dəyər yaradan sahələri kimi tanınır.

Baş verən dəyişikliklər şəhərsalmada da öz təsirini göstərdi və kreativ sənaye onun bir hissəsinə çevrildi. Kreativ klasterlərin yaradılması istiqamətində işlər genişlənməyə başladı.

Kreativ klasterlər

Kreativ klasterlərə elm parkı və media mərkəzi ilə yanaşı, qeyri-kommersiya müəssisələri, mədəniyyət mərkəzləri, incəsənət ocaqları və fərdi sənət məkanları daxildir. Kreativ klaster hər hansı biznes mərkəzinin yaxınlığında yerləşən standart məkanlardan fərqlənir. Kreativ klasterlər həm yaşamaqla yanaşı işləmək üçün nəzərdə tutulmuş, həm də mədəniyyət məhsullarının istehlak edildiyi və hazırlandığı yerlərdir. Bu məkanlar işləmək və mədəni istirahət üçün 24 saat açıq olur. Kreativ klasterlərin mədəniyyət baxımından zəngin, fərqli və dəyişkən ərazilərdə yaradılması daha uyğundur, çünki bu müəssisələr özünəməxsus xüsusiyyətləri ilə seçilməlidir.

"Kreativ klaster" termini dörd növ əlaqəli, lakin çox fərqli məkanları təsvir etmək üçün istifadə olunur.

  • Kreativ iş mərkəzləri: daha rahat və səmimi kovörkinq məkanları buna misal ola bilər. Rəsmi görüşlərdən uzaq, müxtəlif sahələr üzrə daha çox yaradıcı şəxslərin toplandığı və fəaliyyət göstərdiyi mərkəzlər.

  • Kreativ ərazilər: şəhərlərin yaradıcılıq dərəcəsinə görə digər yerlərindən fərqlənən əraziləri. İnsanların daha çox bir-biri ilə tanış olmaq, görüşmək üçün getdiyi məkanlar. (məsələn, Vankuverdə Distillery District)

  • Kreativ bölgələr: xüsusi görüşləri və biznes həyatını birləşdirən məkanlar. (məsələn, Braziliyada Novo Hamburgo ayaqqabı və dəri geyimləri klasteri, Mumbayda Bollywood və ya ‘Nollivud’, Lagosdakı Nigeriya film klasteri).

  • Virtual klasterlər: bunlara həmçinin şəbəkə klasterləri də demək olar. Müəyyən klasterlərin bir arada yaradılmasına virtual klaster deyilir.

Bütün dünyada kreativ klasterlərin artırılmasını təşviq etmək üçün planlaşdırma və yenilənmə təşəbbüsləri var. Hansı yerdə necə klasterin yaradılması həmin ərazinin individual fəaliyyətləri ilə əlaqədardır. Burada həm də insanların maraqları nəzərə alınmalıdır. Mədəniyyət, coğrafiya, siyasət və bazar amilləri kreativ klasterlərin formalaşmasında rol oynayır.

Kreativ klasterlərin üstünlükləri

  • Kreativ sənayenin inkişafına təkan verir.
  • Kreativ şəxsləri bir araya gətirir.
  • Kreativliyi təşviq edən yeni mühit yaradır.
  • Mədəniyyət və iqtisadi inkişaf arasında əlaqə qurur.
  • Yerli yaradıcı ekosistemin idarə olunmasını asanlaşdırır.

Böyük şəhərlərimiz daxil olmaqla Azərbaycanın hər bir guşəsinin mədəniyyət baxımından zəngin olduğunu nəzərə alsaq, müxtəlif məkanlarda kreativ klasterlər təşkil oluna bilər. Böyük şəhərlər sırasından Bakı, Gəncə və Şəki kimi şəhərlər, eləcə də Şuşa şəhəri daxil olmaqla işğaldan azad edilmiş Qarabağ bölgəsi və ətraf regionlar kreativ klasterlərin hazırlanması üçün əlverişli imkanlara malikdir. Yeni şəhərsalma planlamasında kreativ klasterlərin mühüm komponent kimi nəzərə alınacağına inanırıq.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?