Azərbaycan Moda Dizaynerləri İctimai Birliyi Azərbaycan Ordusuna dəstək oldu

16 Oktyabr 2020Xəbər
news-inner-photo

14 oktyabrda ölkənin ən böyük tekstil müəssisəsi olan Gilan Tekstil Parkının, GiLTEX ticarət markasının dəstəyi ilə Azərbaycan Moda Dizaynerləri İctimai Birliyinin təşkil etdiyi sosial layihənin təqdimatı keçirildi.

Layihənin məqsədi beş yerli məşhur dizaynerləri milli ordunun kamuflyaj toxumasından unikal muzey geyimlərinin hazırlanmasıdır. Beləliklə də, bu layihə, bir millət olaraq sülh arzusunda olsaq da, kimsə bizim torpaqlarımıza iddia edərsə, müharibəyə hazır olduğumuzun mesajını vurğulayır. Bildiyiniz kimi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır və bu səbəbdən də Milli Ordunun Qarabağı və ətrafındakı işğal olunmuş 7 rayonu azad etmək üçün əks-hücum əməliyyatı dizaynerləri belə laqeyd qoya bilməzdi.

Layihəyə Zümrüd Mirzəliyeva, Günel Behbudova, Nigar Kalbiyeva (Atelier Muliebre), Səbinə Zulalova kimi tanınmış dizaynerlər və atelye UVENTA iştirak ediblər. İstedadlı dizaynerlər hərbi kamuflyajdan dinc məqsədlər üçün istifadə edərək, kutyur geyimlərini hazırlayaraq, Azərbaycana dəstək olduqlarını nümayiş etdiriblər.

Ekspozisiya Azərbaycan Milli Ordusunun hərbi parçalar istehsalçısı və gələcəkdə dizaynerlərin geyimlərinin təqdim ediləcəyi beynəlxalq sərgilərin illik iştirakçısı olan GiLTEX şirkətinə hədiyyə olaraq təqdim olunub.

Layihə ilə bağlı videoçarxa assosiasiyanın rəsmi Instagram kanalında və GiLTEX-in səhifəsində baxa bilərsiniz: @afdabaku / giltex.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik