Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasının Formalaşdırılması üçün İctimai Rəyin Öyrənilməsi Sorğusunda iştirak üçün Dəvət

16 Oktyabr 2020 Xəbər
news-inner-photo

Mədəniyyət sahəsində islahatlar prosesi davam edir.

İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. Qeyd olunan islahat tədbirləri əhatəli hazırlanacaq Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında öz əksini tapacaqdır.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun və prioritet sahələrinin müəyyənləşdirilməsi, və bu prosesdə geniş ictimai sferanın və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

Bu məqsədlə, Sizi Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasının Formalaşdırılması üçün İctimai Rəyin Öyrənilməsi Sorğusunda iştirak etməyə dəvət edirik.

Sorğuya keçid: https://docs.google.com/forms/d/1bgRUer9bB2duaJCye1DUOpPNad-RuxBEbNC8uQN_04U/viewform?edit_requested=true

Bu məqalə sizin üçün faydalı oldumu?