British Council-ın canlı incəsənət üzrə növbəti müsahibəsi: 23 iyun, saat 17:00

22 İyun 2020 Xəbər
news-inner-photo

Çərşənbə axşamı, 23 iyun 2020-ci il, saat 17:00 - 18:00

Facebook LIVE sessiya (İngilis dilində)

Azərbaycanda incəsənət layihələri və karyera haqqında öyrənmək üçün uğurlu sənətkarla tanış olun!

Facebook-da canlı izləyin

Canlı incəsənət üzrə müsahibələrimiz iştirakçılarımızı uğurlu sənətkarlar, musiqiçilər, rejissorlar, rəssamlar və mədəniyyət üzrə mütəxəssisləri ilə tanış edəcək. Qonaqlarımız Azərbaycanda incəsənət layihələrini və karyeralarını başlamaq üçün məsləhət və təcrübələrini bölüşəcəklər. Bu təşəbbüs Azərbaycanda yaradıcı ifadə və müəssisəni inkişaf etdirmək, və həmçinin daha davamlı və inklüziv cəmiyyət yaratmaq üçün Birləşmiş Krallığın incəsənətinin və mədəniyyətinin dəyişkən gücünü araşdıracaqdır.

İştirakçılar haqqında:

DR. ŞİRİN MƏLİKOVA

Dosent, Əməkdar Mədəniyyət İşçisi, ICOM Azərbaycan Milli Komitəsinin prezidenti və 2016-cı ildən Azərbaycan Milli Xalça Muzeyinin direktorudır. Eyni zamanda, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllimdir. Şirin Məlikova mütəmadi olaraq dünyanın aparıcı tekstil muzeylərində, beynəlxalq simpoziumlarda və konfranslarda mühazirələr verir. 20-dən çox kitabın - yerli və beynəlxalq elmi nəşrlərin müəllifidir. Heydər Əliyev Fondunun sənət mütəxəssisi kimi 2010-cu ildən həm Azərbaycanda, həm də xaricdə keçirilən bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçısıdır.

ƏMİNƏ MƏLİKOVA

İncəsənət Tarixi üzrə doktoru, İçərişəhər Muzey Mərkəzinin direktoru. Amina eyni zamanda Azərbaycan Kelagayi və Butali milli markalarının yaradıcısıdır və 20 ildən çox müddət ərzində muzey sahəsində çalışır, "Neft və İncəsənət", "Kelagayi Sənəti", "Şirvanşahların Dünya Muzeylərdə İrsi" kitablarının müəllifidir və s.

SAMR ŞAH (MODERATOR)

Samr, Londonda yerləşən baş ofisi da daxil olmaqla, British Council qlobal şəbəkəsində müxtəlif vəzifələrdə çalışmışdır. İndoneziyada Əməliyyatlar direktoru və Taylandda direktor müavini vəzifələrini icra etmişdir. 2018-ci ilin sentyabr ayında British Council-ın Azərbaycandakı ofisinin direktoru vəzifəsinə başlamazdan əvvəl, Sinqapurda Şərqi Asiya üçün Regional Dəyişiklik Lideri olaraq, bölgədəki 14 bazarda qlobal dəyişiklik proqramlarını həyata keçirdi.

Ötən sessiyalarımızın qonaqları:

NATİQ ISMAYIL

Natig Ismayıl elektron musiqi üzrə biznes sahibidir və iN Club,  CHAIN Agency və Sektoreight kimi şirkətinin yaradıcılardan biridir.

ƏBDUL MUZZI

Abdul Muzzi 2018-ci ildən “Kəllə-Kəlləyə”nin layihə rəhbəri, 2019-cu ildən isə “Five Entertainment”in yaradıcısı və baş prodüseri olmuşdur . 2020-ci il may ayından “Xəzər 103FM”in  icraçı prodüseri vəzifəsində çalışır.

DJ BAZAUR

DJ BAZAUR 2017-ci ildən Britaniyanın məhşur “Selector” radio şousunun Azərbaycandakı aparıcısıdır. Bu vaxta qədər müxtəlif səhnələrdə, konsertlərdə, musiqi festivallarında çıxışları olub.

Mənbə: www.britishcouncil.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?