British Council-ın canlı incəsənət üzrə növbəti müsahibəsi: 18 iyun, saat 17:00

17 İyun 2020 Xəbər
news-inner-photo

Cümə axşamı, 18 iyun 2020-ci il, saat 17:00 - 18:00

Facebook LIVE sessiya (Azərbaycan dilində)

Azərbaycanda incəsənət layihələri və karyera haqqında öyrənmək üçün uğurlu sənətkarla tanış olun!

Facebook-da canlı izləyin 

Canlı incəsənət üzrə müsahibələrimiz iştirakçılarımızı uğurlu sənətkarlar, musiqiçilər, rejissorlar, rəssamlar və mədəniyyət üzrə mütəxəssisləri ilə tanış edəcək. Qonaqlarımız Azərbaycanda incəsənət layihələrini və karyeralarını başlamaq üçün məsləhət və təcrübələrini bölüşəcəklər. Bu təşəbbüs Azərbaycanda yaradıcı ifadə və müəssisəni inkişaf etdirmək, və həmçinin daha davamlı və inklüziv cəmiyyət yaratmaq üçün Birləşmiş Krallığın incəsənətinin və mədəniyyətinin dəyişkən gücünü araşdıracaqdır.

Qonaqlarımız haqqında:

NATIG ISMAYIL

Natig Ismayıl elektron musiqi üzrə biznes sahibidir və iN Club,  CHAIN Agency və Sektoreight kimi şirkətinin yaradıcılardan biridir. Keçən il iN, Birləşmiş Krallıqdan olan üç müsiqiçi də daxil olmaqla, 45-dən çox elektron musiqi sənətkarını Azərbaycana gətirdi. iN eyni zamanda gənc və istedadlı DJ və prodüserlərlə işləyən bir hərəkatdır - bu il onlar canlı yayımlayan musiqi podkastlara start verdilər və həmçinin müasir elektron janrda musiqisi yaymaq üçün iN Records prodüser leybli başladılar.

ABDUL MUZZI

Abdul Muzzi fəaliyyətə 2007-ci ildə "H.O.S.T" və "HOST Production"ın icraçı prodüseri olaraq başlamışdır. 2009-cu ildən "Dəyirman Production"ın, həmçinin 2019-cu ilə qədər Miri Yusifin icraçı prodüseri olmuşdur. 2012-ci ildə "MadHouse Community"nin yaradıcılarından və solo artistlərin - Qaraqan, RG, Okaber, Ali Khayyam, Emin Kəriminin icraçı prodüseri olmuşdur. 2014-cü ildə bir müddət ASAN Xidmətin marketinq departamentində çalışmışdır. Daha sonra "Nargiz Magazine"in nəzdində olan “Olive Project”də Production Manager və ikinci sezon “Soyuq Əllər, İsti Ürək” yarmarkasının təşkilatçılarından olmuşdur. 2016-cı ildə isə “Aftermad"in yaradıcısı və icraçı prodüseri olmuşdur. 2018-ci ildən “Kəllə-Kəlləyə”nin layihə rəhbəri, 2019-cu ildən isə “Five Entertainment”in yaradıcısı və baş prodüseri olmuşdur. 2020-ci il may ayından “Xəzər 103FM”in  icraçı prodüseri vəzifəsində çalışır.

DJ BAZAUR (MODERATOR)

Musiqiyə 1999-cu ildən hip-hop ilə başlayıb. 2002-ci ildən DJ/Producing sahəsinə marağı artaraq ilk beat-lərini yazmaq qərarına gəlir, daha sonr isə elektron musiqiyə yönəlir. Musiqiyə olan həvəsi onu 2005-ci ildə radioya gətirib çıxarır və indiyə qədər radio sahəsində çalışır. Bazaurun radioda müəllifi olduğu müxtəlif musiqi proqramları yayımlanmaqdadır. Onlardan elektron musiqi sənayesinə həsr olunmuş “NEED for MiX” radio şousu xüsusi vurğulamaq olar. Uzun illər radiolarda, eləcə də internet resurslarda podkast kimi yayımlanıb. Proqramda mütəmadi olaraq Azərbaycanın müxtəlif DJ və Prodüserləri ilə müsahibələr olub. Məqsəd Azərbaycanın elektron musiqi sahəsinə dəstək və öz tövhəsini verməkdi. 2017-ci ildən Britaniyanın məhşur “Selector” radio şousunun Azərbaycandakı aparıcısıdır. Bu vaxta qədər müxtəlif səhnələrdə, konsertlərdə, musiqi festivallarında çıxışları olub.  Özünə məxsus trackləri var. Müxtəlif üslublarda yazmaqla özünü fərqli janrlarda sınayır. Həmçinin son illər “Finger drumming”-lə maraqlanır və öz beatlərini canlı perfomans şəklində nümayiş etdirir. Eyni zamanda radioyayımçılığı və radio-jurnalistika sahəsində universitetlərdə mühazirələr verir.

Mənbə: www.britishcouncil.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?