Mədəni auditoriyanızla distant şəkildə necə əlaqə qura bilərsiniz?

11 İyun 2020 Məqalalələr
news-inner-photo

Karantin səbəbindən insanlar evdə qalırlar. Lakin muzeylər və sərgilər belə bir zamanda ziyarətçilərini itirə bilməzlər. Bu məqalədə, distant olaraq auditoriyanıza necə çatacağınıza dair sizə kömək olacaq bəzi tövsiyələr toplamışıq.

Kolleksiyanızın “onlayn” versiyasını yaradın

Artıq bir neçə ildir ki, muzeylər öz kolleksiyalarını İnternetdə paylaşırlar. Sənət əsərlərinin rəqəmsallaşdırılması mədəni irsi təbliğ etmək və muzey xaricində ziyarətçilərlə əlaqəni genişləndirmək üçün əla fürsətdir.

Virtual turlar təşkil edin

Bir çox muzey mütəmadi olaraq kuratorların və ya muzey direktorlarının özləri tərəfindən təqdim olunan muzey kolleksiyalarından və sərgilərindən canlı yayımlar edir. Bu, ziyarətçilərlə qarşılıqlı əlaqəni artırmaq və daha çox insanı cəlb etmək üçün inanılmaz bir vasitədir. Həmçinin, digər muzeylər ilə bir araya gələrək sənət mövzusunda birgə onlayn mühazirələr təşkil edə bilərsiniz.

Twitter tredləri

İngilis Kənd Həyatı Muzeyi qədər heç bir muzey daha böyük auditoriyaya çatmaq və cəlb etmək baxımından Twitter-in verdiyi imkanları daha yaxşı göstərə bilməz. Muzey tred – tvitlərdən istifadə edərək maraqlı tarixi bir fenomen və ya mövzu haqqında bir tvit zənciri yaradır və bu zəncir hekayəni qısa şəkildə təsvir etdiyi üçün tez bir zamanda yayılır.

Həştəq və sosial media müsabiqələri ilə tamaşaçıları cəlb edin

Həştəqlər məzmunun aqreqatıdır: onlardan istifadə edərək müəyyən bir mövzuya diqqəti yönəltməklə dinləyicilərinizi bir hekayə və ya bir çox paylaşımları izləməyə və bununla da müəyyən mövzuya fokuslanmağa dəvət edə bilərsiniz.

Paylaşmağa həvəsləndirin!

Peşəkarları və qurumları mədəniyyət sahəsindəki töhfələrini bölüşməyə təşviq edə bilərsiniz. Bu, çox maraqlı ola bilər və əvvəllər heç kimə məlum olmayan hekayələr kəşf edə bilərsiniz.

Mənbə: www.culturepartnership.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?