Sizə ilham verəcək 8 sayt

11 İyun 2020 Məqalalələr
news-inner-photo

Bu məqalədə təqdim olunan saytlarla tanış olaraq, siz həm yaradıcılığınızı canlandıracaqsınız, həm də yeni biliklər əldə edəcəksiniz.

1. "Sənətin sonu" haqqında kitab

Sənət anlayışında, sistemində və fəlsəfəsində köklü dönüşlər və dəyişiklikləri təsvir edən müxtəlif illərin nəzəri kitabları.

2. 1896-1976-cı illərə aid 85.000 sənədli film

Dünyanın ən qədim media şirkətlərindən biri olan "British Pathé" YouTube-da 1896-cı ildən 1976-cı ilə qədər çəkilmiş sənədli filmlərin və xəbər buraxılışlarının tam toplusunu - 85000 videonu YouTube-da yerləşdirmişdir.

3. Metropoliten Muzeyindən 1500 nəşr

50 il ərzində MET kolleksiyasında yığılan bütün nəşrlər, o cümlədən kitablar və dövri nəşrlər, pulsuz oxumaq, yükləmək və / və ya MetPublikations veb saytında axtarmaq üçün əlçatandır.

4. Bauhaus Memarlıq Məktəbinin kitab və jurnalları

Sənət tarixi üzrə materialların toplandığı Monskop saytında 1920-30-cu illərdə Bauhaus Memarlıq Məktəbi tərəfindən nəşr olunmuş kitab və jurnallar təqdim olunub.

5. İnternetdə ziyarət edilə biləcək 12 muzey

Dünyanın ən məhşur muzeylərdən birini ziyarət edib, istənilən vaxt virtual səyahət edə bilərsiniz.

6. Van Qoq Muzeyindən 1800 illustrasiya və afişa

Amsterdamın Van Gogh Muzeyi 1890-1905-ci illər Paris çap sənayesinin 1800 nüsxəsini- afişaların, kitabların və kolleksiyalardan olan şəkillərin elektron versiyasını yükləmişdir .

7. Milyonlarla sənət əsəri və digər sənət əsərləri

Google Mədəniyyət İnstitutu və tərəfdaşları virtual muzeylərdə dünyanın hər yerindən milyonlarla sənət əsərləri və digər tarixi əsərlər toplayıblar. Yüksək keyfiyyət formatında çəkilmiş məşhur kətan və arxiv şəkillərinə baxın, öz qalereyalarınızı yaradın və maraqlı eksponatları dostlarınıza göndərin.

8. Highbrow-da 3 yeni onlayn kurs

Highbrow pulsuz onlayn kursların veb saytında qeydiyyatdan keçməklə hər gün yeni bir şeylər öyrənəcək və dünyagörüşünüzü artıracaqsınız. Yeni kurslar sizə bir ideyanı necə sınaqdan keçirməyi, yaradıcılıq potensialınızı necə inkişaf etdirməyi, şəxsi məhsuldarlığınızı necə artırmağı və daha çox şeyləri öyrədəcək.

Mənbə: www.culturepartnership.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 

Bu məqalə sizin üçün faydalı oldumu?