Aut quia eos reprehe
Yaradıcı düşünmə bacarıqları

Necə olur ki, bəzi insanlar həmişə yeni ideyalar ortaya qoya bilir və yaradıcı düşünə bilir, bəziləri isə bunu etməkdə çətinlik çəkir? Cavab onların yaradıcı təfəkkürdən istifadə etmək qabiliyyəti ilə bağlıdır.
Yaradıcı düşünmə hər şeyə fərqli baxmaq və problemlərin həllinin yeni yollarını tapmaq qabiliyyətidir. Yaradıcı düşünmə bacarıqları mütləq şəkildə sənət adamları və musiqiçilər kimi "yaradıcı insanlara" aid bir şey deyil. Zaman-zaman yaradıcı düşünmə tərzindən hər kəs faydalana bilər.
Özünüzü yaradıcı insan kimi görüb görməməyinizdən asılı olmayaraq, yaradıcı 'sağ beyin' təfəkkürünə daxil olub yeniliyə, problemlərin həllinə və dəyişikliyə yeni bir baxışdan yanaşmağa imkan verən bir sıra faydalı bacarıq və metodları öyrənə bilərsiniz.
Yaradıcılıq yeni bir şey etmək bacarığıdır. Bu bir şəkil, ya da musiqi parçası ola bilər, amma yeni bir fikir də ola bilər.
Buna görə yaradıcı düşünmə fərqli düşünmək bacarığıdır: bir problemi və ya bir məsələni yeni bir baxışdan və ya perspektivdən görmək qabiliyyətidir. Bu, tez-tez yeni bir həll yolu tapmağa və ya problemin mütləq həllinə ehtiyac olmadığını görməyə imkan verir.
Yaradıcı düşünməyə ehtiyac yaranır, çünki beynimiz təbii olaraq müəyyən “qısa həll yolları” tapmağa meyllidir. Bir məlumat əldə etdikdən sonra yenidən istifadə etməyə cəhd edirik: beləcə öyrənirik. Bunun çox böyük üstünlükləri var, məsələn, bu, hər dəfə yediyimiz zaman bıçaq və çəngəldən necə istifadə etməyimizi öyrənməməyimiz deməkdir, eyni zamanda bəzi mənfi cəhətləri var ki, etdiyimiz, gördüyümüz və ya müntəzəm dediyim şeylər barədə düşünməyi dayandırmaq istəyirik.
Formal yaradıcı düşünmə
Əlbəttə, hər zaman yaradıcı düşünmək mümkündür. Bəzi insanlar var ki, sadəcə yeni fikirlərlə dolub daşırlar və hər şeyi ətrafdakılardan bir qədər fərqli görürlər.
Bunlar həmişə 'Niyə?' və 'Niyə Yox?' deyə özü-özünə sual verən insanlardır.
Onlar təbiətən problem həll edənlər və innovatorlardır.
Ancaq əksər insanlar üçün yaradıcı düşünmə daha çox səy tələb edir. Onlar həqiqətən lazım olanda yaradıcı düşüncələrinə qənaət etməyi üstün tuturlar.
Yaradıcı düşünmə metodlarından istifadə hallarının tipik nümunələrinə aşağıdakılar daxildir:
- Böyük bir problem və ya məsələ ilə üzləşdiyinizdə və çıxış üçün bir yol görə bilmədiyiniz zaman.
- Dəyişiklik zamanı, qarşıda nə olduğunu görmək çətin olduğunda və mümkün ssenarilər barədə düşünmək istədikdə.
- Növbəti nəyin baş verməli olduğuna dair böyük fikir ayrılığı olduqda və çox səy göstərmədən heç bir kompromis mümkün olmadıqda.
- Əvvəllər sınanmamış yeni bir şeyə ehtiyac duyduğunuzda, amma bunun nə olduğundan əmin olmadıqda.
Bu kimi hallarda bəzi 'formal' yaradıcı düşünmək və qrup sessiyası ilə bundan ən yaxşı şəkildə faydalanmağa kömək etmək üçün təlim görmüş fasilitatordan istifadə etmək effektiv ola bilər.
Yaradıcı düşünmə metodları
Yaradıcı düşünməni stimullaşdırmaq üçün istifadə edə biləcəyiniz bir sıra vasitə və metodlar var.
Bunlara beyin həmləsi, fikrin xəritələşdirilməsi və təsviri zənginləşdirmə kimi metodlar və rol oyunu texnikaları daxildir. Şübhəsiz ki, bu metodların bir çoxuna dair şübhələr var. Ancaq, hamısının olmasa da bir çoxunun arxasında elmi əsas və əlbəttə ki, onların işə yaradıqlarına dair dəlillər var. Onları sınayarkən açıq bir fikir söyləməyə dəyər.
Yaradıcı Düşüncə Metodlarına dair səhifəmizdə yaradıcı düşünmə ilə bağlı uyğun vasitə və metodlar haqqında daha çox məlumat verilir.
Düşüncənizi daha yaradıcı etmək
'Formal' yaradıcı düşünmə imkanlarına əlavə olaraq, gündəlik qaydada daha yaradıcı düşünməyinizə kömək edə biləcək bəzi şeylər də var.
Bu sıraya aşağıdakılar daxildir:
- Daha geniş və daha müxtəlif çevrədən olan insanlarla tanış olmaq üçün sosial qanadlarınızı daha geniş açmaq.
Hamımız kimi olan insanlarla, xüsusən də eyni təhsil səviyyəsi və həyata baxışları olan insanlarla yaxşı münasibət qurmağa meylliyik. Ancaq bizim kimi insanlarla ünsiyyətə meyllilik düşüncəmizin bir az "tənbəl" olacağına işarədir. Fərziyyələrimiz dəyişməz olur və fikirlərimiz daha da möhkəmlənir.
Fəal şəkildə ətraf mühitə açılmaq və yeni insanlarla, xüsusən sizin kimi olmayan daha fərqli insanlarla tanışlıqlara vaxt ayırmaq təxminlərinizi götür-qoy etməyə və dəqiqləşdirmələr aparmağa kömək edəcəkdir. Bunu etdiyinizi belə bilmədən, daha geniş düşünməyə başlayacaqsınız və hər şeyi başqa cür görə bilərsiniz.
Əlbəttə ki, bu daha yaradıcı düşünməyə başlamaq yolunda ilk addımıdır.
- Yeni imkanları mənimsəmək və yeni təcrübələr sınamaq
Bir tədqiqat işində xaricdə yaşayan və eyni zamanda doğma ölkəsindən heç vaxt kənarda yaşamamış insanlar arasında kreativlik predmeti sınaqdan keçirilmişdi. Tədqiqat xaricdə yaşayan insanların bir problemi həll etmək üçün yaradıcı düşünməyi daha yaxşı bacardıqlarını sübut etdi.
Aydındır ki, heç də hamı müəyyən bir müddət xaricə gedib yaşaya bilməz, ancaq yeni bir şeylər etmək üçün fəal axtarışda olmaq eyni nəticəni verə bilər.
Yeni bir bacarıq öyrənmək üçün özünüzü sınamağa dəyər və ya çətin gördüyünüz işi sadəcə düşüncə tərzinizə təsirləri ola biləcəyi üçün etməyinizdə faydası var!
- Stereotiplərlə mübarizə aparmaq və özünüzü fərqli düşünməyə məcbur etmək
Digər bir araşdırmada bir stereotipə uyğun olmayan insanlar (məsələn, bir tibb-qardaşı) haqqında düşünməyi bacaranların, stereotipə uyğun olan digər insanlar haqqında düşünməyi bacaranlardan daha yaradıcı düşünə bildikləri aşkar olundu.
Bu, çox kiçik bir nümunədir, lakin bu, adi düşüncəmizin yaradıcı düşünmə qabiliyyətimizə təsirini göstərir.
Stereotiplərdən xəbərdar olmaq və özünüzə "Bəs mən niyə belə düşünürəm?" sualını vermək, təxminlərinizi söyləməyə və daha yaradıcı düşünməyinizə kömək edəcəkdir.
- İncəsənət, teatr və musiqi ilə məşğul olmaq
Teatra, konsertlərə gedən və ya başqa mədəni fəaliyyətlərlə məşğul olan insanlar daha yaradıcı düşünməyə qadir görünürlər. Burada fikir bundan ibarətdir ki, bu fəaliyyətlər məsələlərə yeni bir bucaqdan baxmağa və buna görə daha yaradıcı düşünməyə kömək edir.
Boş vaxtlarınızda incəsənətdən zövq almaq və ya asudə vaxtınızda bir şey yaratmağa vaxt ayırmaq baxışlarınızı daha da genişləndirməyə kömək edəcəkdir.
Son olaraq, hansı qənaətə gəlirik?
Bir az fərqli düşünməyi öyrənməyin böyük faydaları var. Bu, problemləri həll etmək qabiliyyətinizi yaxşılaşdırmağa və həmçinin başqalarının məsələlərə baxış perspektivlərini görməyinizə kömək edəcəkdir. Getdikcə qloballaşan dünyada daha geniş üfüqlər və daha geniş düşünmək bacarığı heç vaxt zərər verməz.
Mənbə: skillsyouneed