Rüfət İsmayıl Paris Moda Həftəsində

10 Mart 2020 Xəbər
news-inner-photo

Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl moda dünyasını fəth etməkdə davam edir.

Onun Afffair moda brendinin 2020-2021-ci il payız/qış mövsümünə aid yeni kolleksiyası Parisdə moda həftəsində təqdim edilmiş və Beymen, Harvey Nichols və digər şəbəkələri təmsil edən moda sənayesi istehsalçılarının böyük marağına səbəb olmuşdur.

R.İsmayıl təqdimatın uğurlu alındığını və yeni kolleksiyasına çoxlu sifarişlərin qəbul etdiyini bildirmişdir. Dizayner həmçinin qeyd edir ki, koronavirus təhlükəsinə görə Dubayda Fashion Forward moda həftəsində onun yeni kolleksiyası rəqəmsal formatda təqdim ediləcək. 10-15 aprel tarixlərində isə Londonda təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, Rüfət İsmayılın dəb dizayn nümunələri Cey Lo, Beyons, Aşanti, Avril Lavin kimi ulduzların və digər məşhurların qarderobunu bəzəyir.

Həmçinin, Rüfət İsmayılın uğur hekayəsi: Moda sənayemizin AFFFAIR brendi ilə buradan tanış ola bilərsiniz.

Mənbə: 1news.az

Bu məqalə sizin üçün faydalı oldumu?