“Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçiriləcəkdir

28 Avqust 2023 Xəbər
news-inner-photo

29 avqust 2023-cü il tarixində Azərbaycan Yazılıçılar Birliyinin Natavan Klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda açıq qapı formatında dinləmə keçiriləcəkdir.

Dinləmənin keçirilməsində məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino sənayesinə daha yaxından cəlb edilməsidir. 

Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaqdır. 

Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar dəvət olunur. 

Başlama vaxtı: 15.00

Bu məqalə sizin üçün faydalı oldumu?