“Oyun tərtibatçılığı” üzrə seminarlar silsiləsi yekunlaşdı

1 Avqust 2023 Xəbər
news-inner-photo

Azərbaycan Respubıikasının Mədəniyyət Nazirliyinin və Gamepons şirkətinin birgə təşəbbüsü ilə Nizami Kino Mərkəzində keçirilən “Oyun tərtibatçılığı” üzrə seminarlar silsiləsi yekunlaşdı. 2 həftə davam edən seminarlar çərçivəsində “Oyun dizayn sənədinin hazırlanması”, “Oyun rəssamlığı və 3D modelləşdirmə”, “Prototipləşdirmə”, “FPS oyunlarında mühit dizaynının əhəmiyyəti”, “Oyunlarda monetizasiya modelləri”, “Artırılmış Reallıq (AR) texnologiyasının başlanğıcı və günümüzdə istifadəsi”, “Virtual Reallıq (VR): Bizi başqa dünyalara daşıyan texnologiyanın tarixi və inkişafı” mövzularında təlimlər keçirildi. Ümumilikdə təlimlərdə 200-dən çox insan iştirak etdi.

Bu məqalə sizin üçün faydalı oldumu?