"Azerbaijan Design Award" müsabiqəsində layihələrin qəbuluna start verildi!

20 Aprel 2023 Xəbər
news-inner-photo

“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerləri arasında müsabiqə elan edir. Ölkənin ilk və yeganə dizayn müsabiqəsində layihələrin qəbulu start götürdü.

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. 

Bu il layihədə 16 kateqoriyada layihələr təqdim etmək mümkündür.

Layihələrin dəyərləndirilməsi zamanı 4 meyar nəzərə alınacaq: strategiya, yaradıcılıq, icra keyfiyyəti və nəticə meyarları hər biri toplam balın 25%-ni təşkil edəcək. Layihələri təqdim edərkən bu meyarların nəzərə almınması tövsiyə edilir.

Layihələrin son qəbul tarixi: 18 may 2023-cü il.

İştirak şərtləri və daha ətraflı məlumat üçün:

https://azerbaijandesignaward.com/

Bu məqalə sizin üçün faydalı oldumu?