UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu 14-cü layihə qəbulunu açıq elan edir

27 Mart 2023 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 16 may 2023-cü il

Kimlər iştirak edə bilər: dövlət qurumları, qeyri-hökumət təşkilatları və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər

Fond: Maksimum 100,000 ABŞ dolları məbləğində dəstək üçün müraciət edilə bilər.

UNESCO 16 mart - 16 may 2023-cü il tarixlərində Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonda (IFCD) layihə müraciətlərini qəbul edəcəkdir.

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan bu Fond, inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur.

2010-cu ildən etibarən Fond 140 layihə vasitəsilə 69 inkişaf etməkdə olan ölkələrə 10 milyon ABŞ dolları miqdarında investisiya yatırmışdır. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərmişdir.

Sayca 14-cü olan Layihə qəbulu Çağırışına son müraciət tarixi 16 may 2023-cü il tarixidir.

Fond tərəfindən maliyyə dəstəyi almış keçmiş layihələr ilə buradan tanış ola bilərsiniz.

Əlavə suallar üçün: UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik [email protected]

Necə müraciət etmək olar?

Ətraflı məlumat üçün, rəsmi səhifəyə daxil olmağınız xahiş olunur.

Mənbə: https://en.unesco.org/

Bu məqalə sizin üçün faydalı oldumu?