“Young Lions Azerbaijan 2022” müsabiqəsinin Final Gecəsi keçirildi

9 May 2022 Xəbər
news-inner-photo

Mayın 7-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Young Lions Azerbaijan 2022” müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutdu.

Tədbirin başlanğıcında marketinq və reklam sahəsində müxtəlif uğur qazanmış yerli və beynəlxalq ekspertlərin (Türkiyə, Gürcüstan) təqdimatları baş tutdu. 500 nəfərin iştirak etdiyi tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən çıxışlar və qaliblərin mükafatlandırılması həyata keçirildi. 

Müsabiqədə iki kateqoriya üzrə ümumilikdə 103 komanda (“Çap” – 73, “Videoçarx” – 30) iştirak etdi. “Çap” kateqoriyası üzrə mövzu "Peace4Culture " ("Mədəniyyət naminə sülh”), videoçarx kateqoriyası üzrə isə “İnsanların mədəniyyət müəssisələrinə ziyarətinin təşviq edilməsi” idi.

“Çap” kateqoriyası üzrə qaliblər:

I yer - Xəyal Mahmudlu və Xədicə Məmmədli.

II yer - Ramin Zaidov və Camal Kamallədin.

III yer - Şahin Əliyev və Gültəkin Muradova.

“Videoçarx” kateqoriyası üzrə qaliblər:

I yer - Namiq Bayramov və Nicat Məmmədzadə.

II yer - Ayxan Xəlilov və Maral Mustafayeva.

III yer - Səbinə Rüstəmli və Bəhruz Qurbanlı.

Qaliblər medallar və sertifikatlarla təltif edildilər. Hər kateqoriya üzrə I yeri tutan komandalar Fransanın Kann şəhərində baş tutacaq “Young Lions Competitions – 2022” finalında iştirak etmək hüququ qazandılar.

Xatırladaq ki, reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı hesab olunan “Cannes Lions” (“Kann aslanları”) 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilir. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” (“Gənc aslanlar”) adlı müsabiqəsi isə 1995-ci ildən təşkil olunur. Ölkəmizdə “Young Lions” müsabiqəsi ikinci dəfədir ki gerçəkləşir.

Bu məqalə sizin üçün faydalı oldumu?