"RHS Fotoqrafiya Müsabiqəsi"nə sayılı günlər qaldı

18 Yanvar 2022 Xəbər
news-inner-photo

İngiltərənin qabaqcıl bağçılıq xeyriyyə təşkilatı təşkilatı Royal Horticultural Society tərəfindən təşkil olunan “RHS Fotoqrafiya Müsabiqəsi”nə son müraciət tarixi 1 fevraldır. Hər kəsə açıq olan müsabiqə aşağıdakı 10 kateqoriya üzrə keçirilir:

  • Bağlar
  • Vəhşi təbiət
  • Bitkilər
  • Yaradıcılıq
  • Makro
  • Parnik bağçılığı
  • 18 yaşdan aşağı (11-17 yaş)
  • 11 yaşdan aşağı
  • Sosial Media
  • Portfolio

“RHS Fotoqrafiya Müsabiqəsi” həm gənc, həm də yaşlı insanları təbiətə çıxararaq bağların və bitkilərin nə qədər zəngin və ruhlandırıcı olduğunu fotolentə köçürməyə ruhlandırır. Namizədlər 5 fotoşəkil ilə müsabiqəyə müraciət edə bilərlər. Mükafatlar isə aşağıdakı kimidir:

  • "RHS Fotoqrafiya Müsabiqəsi"nin qalibi: 5.000 funt sterlinq
  • "RHS Fotoqrafiya Müsabiqəsi"nin gənc qalibi: 750 funt sterlinq dəyərində "Wexphoto" vouçerləri
  • Kateqoriyalar üzrə mükafatlar
Bu məqalə sizin üçün faydalı oldumu?