Əməkdar artistimiz dünya miqyasında medalla təltif olundu

14 Yanvar 2022 Xəbər
news-inner-photo

Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olunub. O, bu medala BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyəti üçün göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Suğra Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə “Tərəqqi” medalı və bir çox beynəlxalq mükafatlarla təltif olunmuşdur.

Bu məqalə sizin üçün faydalı oldumu?