Aut quia eos reprehe
"Sundance müstəqil film festivalı" onlayn formatda keçiriləcək
6 Yanvar 2022
Xəbər
ABŞ-da koronavirusun “omikron” ştamı sürətlə yayıldığı üçün Yuta ştatında nəzərdə tutulmuş “Sundance müstəqil film festivalı” bu il onlayn formatda keçiriləcək. Bu barədə festivalın təşkilatçıları bildirib ki, dünyanın hər yerindən minlərlə aktyor, tamaşaçı, işçi, könüllü və partnyoru 11 günlük tədbirə toplamaq təhlükəsizlik baxımından məqsədəuyğun deyil.
"Sundance müstəqil film festivalı" Amerika müstəqil kinosunun ən əhəmiyyətli dəstəkçisi olmuş, Hollivud film sənayesi və onun Oskar əsaslı istehsal sxeminə uyğun müstəqil film festivalıdır. Festival 1981-ci ildə məşhur aktyor Robert Redford tərəfindən qurulmuşdur.