Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda Qırmızı Körpü” yaradıldı

29 Noyabr 2021 Xəbər
news-inner-photo

2021-ci ilin 22 noyabr tarixində Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda Qırmızı Körpü” yaradıldı. Belə ki, “Kreativ Azərbaycan” portalı və “Kreativ Gürcüstan” təşkilatının birgə əməkdaşlığı və “Yarat” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə “Müasir vizual incəsənət” mövzusunda keçirilən virtual tədbir olduqca yaradıcı və faydalı oldu.

Sözügedən sahə üzrə Azərbaycan və Gürcüstandan olan yaradıcı insanları, özəl və qeyri-hökumət təşkilatlarını bir yerə gətirən, onlara özlərini təqdim etmək və ideyalarını səslədirmək imkanı yaradan platforma yaradıcılıq körpüsü vasitəsilə hər 2 ölkənin yaradıcı sənayeləri arasında təcrübə və ideya mübadiləsi, daha sıx işgüzar əlaqələri təşviq etmək məqsədi daşıyırdı. Görüş çərçivəsində mövzuya dair bir sıra maraqlı təqdimatlar nümayiş olundu, çıxışlar səsləndirildi, uğurlu təcrübə və ideyalar mübadiləsi aparıldı. Daha sonra isə 2 ölkədə sahə üzrə mövcud bazarın, o cümlədən tələb və təklifin vəziyyəti, qarşılıqlı əməkdaşlığın vəziyyəti və gələcək imkanları barəsində panel müzakirəsi baş tutdu.

Qeyd edək ki, “Zoom” vasitəsilə reallaşan virtual görüş “Facebook” platformasında da canlı yayımlandı.

 

Tədbirə keçid linki: https://fb.watch/9AoQa2sDcz/

 

Bu məqalə sizin üçün faydalı oldumu?