Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi loqotip müsabiqəsi elan edir

18 Noyabr 2021Xəbər
news-inner-photo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün loqotip müsabiqəsi elan edir. Loqotip İrəvan Dövlət Azərbaycan Dram Teatrının konseptini özündə əks etdirməlidir. Müsabiqə iştirakçıları loqotip hazırlamalı və onu son tarix gününə qədər göstərilən ünvana təqdim etməlidirlər.

Müsabiqədə yaradıcılığına güvənən hər kəs iştirak edə bilər.

Müsabiqə şərtləri aşağıdakılardır:

- Müsabiqəyə təqdim olunan dizayn nümunələri orijinal olmalı və indiyə qədər heç yerdə istifadə olunmamalıdır;

- Hər iştirakçı müsabiqəyə yalnız bir loqotip dizaynı ilə qatıla bilər;

- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir;

- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 500 sözdən artıq olmayaraq verilməlidir;

- Məktuba müəllifin tam adı, ünvanı, e-mail ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər;

- Müsabiqəyə təqdim edilən işlər 15 yanvar 2022-ci ilə qədər [email protected]  ünvanına göndərilməlidir;

- Təqdim edilən dizayn işində müəllif hüquqları pozularsa, buna görə müəllif məsuliyyət daşıyır.

 

Qalib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 1500 AZN pul mükafatı ilə təltif ediləcək.

Əlavə suallarla bağlı +994702720780 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik