Kulis.az "İlin hekayəsi" müsabiqəsi elan edir

18 Noyabr 2021Xəbər
news-inner-photo

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir. Müsabiqə haqqında məlumatları aşağıda sizinlə bölüşürük:

1. Hekayələr bu il (2021-ci ildə) yazılmış olmalıdır.

2. Mövzu və yaş məhdudiyyəti yoxdur. Daha əvvəl dərc olunmuş hekayələr də müsabiqədə iştirak edə bilər.

3. Hekayə qəbulu bu gündən başlayaraq bu ilin dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

4. Müsabiqə üçün göndərilən bütün hekayələr "Kulis.az" veb-saytında dərc olunacaq. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq. Qaliblərin adları bəlli olduqdan sonra münsiflər heyətinin də adları açıqlanacaq. Hekayələr münsiflərə anonim imza ilə təqdim olunacaq. Qaliblərdən biri "Kulis.az" veb-saytının oxucuları tərəfindən seçiləcək.

5. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) [email protected] ünvanına göndərməlidirlər. Hekayənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır.

6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər. 

7. Qaliblərin adı 2021-ci il dekabrın 29-da açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün saat 15.00-da "APA Holdinq"də keçiriləcək. 

Mükafatlar:

Birinci yer - 1000 AZN

İkinci yer - 800 AZN

Üçüncü yer - 500 AZN

"Kulis.az" oxucuları tərəfindən onlayn formada seçiləcək qalib isə 300 AZN pul mükafatı ilə mükafatlandırılacaq.

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik