IV ANİMAFİLM Festivalının proqramı elan olundu

17 Avqust 2021 Xəbər
news-inner-photo

Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız? Elə isə sizə şad xəbərimiz var!

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək!

Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

Proqrama nələr daxildir?

ANİMAFİLM Festivalı boyunca siz həyəcanlı bir müsabiqəyə şahidlik edəcəksiniz. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqorilar üzrə mükafatlar uğrunda yarışacaqlar.

Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir: Polşa, Özbəkistan, Fransa filmləri, animasiya vorkşopları və daha nələr-nələr!

Vacib qeydlər:

  • Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri burada əldən edə bilərsiniz: LİNK
  • Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
  • Yerlər məhduddur! Biletləri indidən almağı sizdən xahiş edirik.
  • Festivalın Facebook event-inə qoşulmağa dəvət edirik.
  • Əlilliyi olan şəxslərin Festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcəkdir. Öncədən qeydiyyat vacibdir: LİNK
  • Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcəkdir.

Tədbirlərin dili:

  • Müsabiqə proramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə nümayiş etdiriləcək. Həmçinin, bəzi xarici filmlər azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.
  • Açılış və bağlanış mərasimləri Azərbaycan və İngilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək.

Festival 2 məkanda baş tutacaq:

Təşəkkür edirik!

Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına səmimi təşəkkürünü bildirir.

Əlaqə: [email protected]

Mənbə: www.animafilm.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?