Azərbaycan Kinematoqrafçilar İttifaqi “Yay məktəbi”nə qəbul elan edir

2 Avqust 2021 Xəbər
news-inner-photo

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi”nə qəbul elan edir.

Avqust ayının 23-30-u Şəki şəhərində keçiriləcək “Yay Məktəbi”ndə iştirakçılar ssenari nədir, ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə tanış olacaqlar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı gələcəkdə ekranlaşdırmaq istədiyi film ideyası olan, onu necə başlamalı, ssenari yazılma prosesində hansı mərhələlərdən keçməli, yazarkən nələrə diqqət etməli kimi sualları olanların ideyasını ssenari kimi formalaşdırmağa dəstək olmağa hazırdır.

“Yay Məktəbi” layihəsinə az da olsa ssenari və ya yazarlıq təcrübəsi olmuş, kino və ssenari sahəsində ibtidai biliklərə sahib 23 yaşdan yuxarı iştirakçılar müraciət edə bilərlər. İstənilən suala cavab almağınız üçün [email protected] ünvanına yazın.

Qeyd edək ki, “Yay məktəbi” kino həvəsi, yazı qabiliyyəti olan gənclərin  bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir.

Layihədə iştirak pulsuzdur, müraciət üçün son tarix 8 avqustdur.

Müraciət forması: https://docs.google.com/…/1SRTLH81MUYabszcaeVQ3…/edit…

Mənbə: https://aki.az/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?