Lyove Fondu Sənətkarlıq Mükafatı 2022

28 İyul 2021 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 25 oktyabr 2021-ci il

Kimlər iştirak edə bilər: 18 yaşdan yuxarı peşəkar sənətkarlar üçün açıqdır.

Müsabiqə Madriddə fəaliyyət göstərən İspan şirkəti Lyove Fondu tərəfindən təşkil olunur.

Hər bir iştirakçı vahid bədii yaradıcılıq kontekstində tək bir əsər, ya da bir neçə əsər təqdim edə bilər. İşlər tətbiqi sənət sahəsində aşağıdakı kateqoriyalardan birinə aid olmalıdır: keramika, kitab cildləmə, emaye işi, zərgərlik, lak, metal, mebel, dəri, tekstil, şüşə, ağac, kağız və s.

İşlər www.loewecraftprize.com veb səhifəsi vasitəsilə təqdim edilməlidir.

Əvvəlki qaliblər

Sənətkarlıq Mükafatı 2021
Qalib: Fanglu Lin
İşin adı: 'O'
Kateqoriya: Tekstil
Materiallar: Parça və ağac

Sənətkarlıq Mükafatı 2019
Qalib: Genta Ishizuka
İşin adı: 'Səthi Toxunuş #11'
Kateqoriya: Lak
Materiallar: Uruşi – yapon lakı, stirol köpük topları, trikotaj, kətan parça

Sənətkarlıq Mükafatı 2018
Qalib: Jennifer Lee
İşin adı: 'Solğun, kölgələnmiş xallı izlər, solğun elips, bürünc ləkələr, əyilmiş rəf'

Kateqoriya: Keramika
Materiallar: Daş gil və gilə qarışdırılmış təbii oksidlər

Mükafat

  • Qalibə 50.000 Avro pul mükafatı veriləcək.
  • Xüsusi mükafat 5.000 Avrodur.

Ətraflı məlumat üçün rəsmi sayta keçid etməyinizi tövsiyə edirik.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?