Mükəmməl video saundtrekləri hazırlamağınıza kömək edəcək 9 sayt

26 İyul 2021 Məqalalələr
news-inner-photo

Videoda görüntü qədər səs də mühüm rol oynayır. İzləyicilərin sona qədər izləməsi və görüntü ilə musiqinin bir-birini tamamlaması olduqca vacib amillərdən biridir. Bu məqalədə sizə videolarınız üçün düzgün musiqini seçməyə kömək edəcək platformalar haqqında məlumat verəcəyik.

  1. PremiumBeat

Shutterstock-a məxsus olan PremiumBeat internetdəki ən müxtəlif və ən böyük ödənişsiz musiqi kolleksiyalarından birini təqdim edir. Öz musiqi sənayesi mütəxəssislərinin köməyi ilə janr, əhval-ruhiyyə, sənətkarlar, alətlər və müddətə görə bölə biləcəyiniz 10.000-dən çox parçanı seçiblər. Hətta musiqi mütəxəssisləri videolarınız üçün mümkün olan ən yaxşı musiqini hazırlamağa kömək edəcək 857 PremiumBeat-in ən yaxşı treklərindən ibarət bir Redaktorun Seçimi başlığı altında pleylist də hazırlayıblar.

  1. Epidemic Sound

Bu sahədəki ən istedadlı musiqiçilərdən bəziləri ilə əməkdaşlıq edərək, hər ay 20 milyarddan çox baxış toplayan Epidemic Sound mahnıları YouTube və Facebook videolarında yer alır. Epidemic Sound, "Corporate" kimi janrlardan "First Snow"ya qədər müxtəlif və yüksək keyfiyyətli musiqi parçaları yaratmağa imkan verən 725-dən çox ödənişsiz musiqi albomu təklif edir.

  1. Artlist

Artlist, National Geographic, Microsoft və Toyota kimi şirkətlərə video mahnıları hazırlamağa kömək edərək orijinal musiqi parçaları yaratmaq üçün ən yaxşı indie sənətçilərindən bəziləri ilə əməkdaşlıq edir. Əhval-ruhiyyə, mövzu, janr, alət, temp və müddətə görə minlərlə musiqi təqdim edirlər. Həmin musiqiləri nəzərdən keçirib özünüzə ən uyğunları seçə bilərsiniz. Artlist həm də əməkdaşlıq etdiyi sənətçilərin musiqi kolleksiyalarını hazırlayır və albomlarına diqqət ayırır.

  1. Music Vine

Music Vine üslubuna, əhval-ruhiyyəsinə, enerjisinə, vokalına və müddətinə görə bölə biləcəyiniz 2500-dən çox musiqi hazırlamaq üçün 160-dan çox musiqi sahəsi nümayəndəsi ilə əməkdaşlıq edərək film və video istehsalındakı xüsusi mövzular üzrə kolleksiyalar hazırlayırlar. Siz həmin musiqiləri müəyyən kriteriyalara görə bölə bilərsiniz. Bundan əlavə Music Vine, veb saytlarının bir hissəsini sənətçilərinə həsr edir, insanların izləməsinə və musiqilərini araşdırmasına imkan yaradır.

  1. Soundstripe

Soundstripe, 80-dən çox musiqi nümayəndəsi ilə əməkdaşlıq edir və müxtəlif kriteriyalara görə ayıra biləcəyiniz musiqilər hazırlayır. Burada həmçinin fərqli toy tərzlərinə uyğun musiqilər də tapa bilərsiniz.

Soundstripe-də siz də bir hesab yarada, sənətçiləri, musiqi siyahılarını izləyə, mahnıları bəyənə və öz siyahılarınızı yarada bilərsiniz. Videonuz üçün səs effektlərinə ehtiyacınız varsa, Soundstripe 29 səs effekti kateqoriyası təklif edir.

  1. Filmstro

Filmstro yalnız əhval-ruhiyyə, film və video, musiqi növü və alət palitrası kimi 65 fərqli kateqoriyanı əhatə edən ödənişsiz musiqi təklif etmir, eyni zamanda hər parçanı dərinlik və gücünə görə fərdiləşdirməyə imkan verir. Bu, videonuzun musiqisini hazırladığınız zaman seçim etmək üçün sonsuz yaradıcılıq imkanları yaradır.

  1. Pond5

Pond5 dünyanın ən böyük ödənişsiz musiqi fonotekalarından birini təqdim edir. 36 fərqli janrda 500.000-dən çox musiqi ilə demək olar ki, istənilən video layihəsi üçün musiqi parçası hazırlaya bilərsiniz.

  1. ccMixter

ccMixter hər hansı musiqi saytından pulsuz musiqi yaratmaq üçün ən mükəmməl platformalardan biridir. Çalğı alətlərinin orijinal nümunələrini yükləyən musiqiçilər və videolarınız üçün pulsuz musiqi yaratmaq üçün musiqini bir-birinə qarışdıran istehsalçılar və DJ-lərlə əməkdaşlıq edirlər. Film və video, kommersiya layihələri və video oyunlar üçün 120-dən çox orijinal musiqi ilə ccMixter, həqiqətən yaradıcı bir video musiqisi yaratmağa kömək edə bilər.

  1. Bensound

Akustik, xalq, kinematoqrafik, korporativ, pop, elektronika, urban, groove, caz, rok, dünya və daha çox janrda 300-dən çox musiqi ilə Bensound videonuzun musiqiləri üçün çox sayda musiqi seçimi təqdim edir.

Mənbə: https://blog.hubspot.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?