"Azərxalça" "Zəfər müsabiqəsi" elan edib

17 İyul 2021Xəbər
news-inner-photo

“Azərxalça” ASC Vətən Müharibəsində qazanılmış Qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün “Ən yaxşı xalça” müsabiqəsi elan edib.

“Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərləri paylaşmaq və “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gənclər müsabiqəyə dəvət olunur.

“Azərxalça” ASC ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizləri (3 foto) göndərməlidirlər.

  • Müsabiqəyə 21-35 yaş arası insanlar qatıla bilər.
  • Müsabiqədə qeyd olunmuş yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər.
  • Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək.
  • Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar.

Son qeydiyyat tarixi: 10 avqust 2021-ci il.

Mükafatlar:

  • Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. Birinci yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq.
  • Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək.
  • Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq.

Mənbə: https://azertag.az/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik