Start. Up! Almaniya Pitçinq Tədbiri

17 İyul 2021Xəbər
news-inner-photo

Alman Ticarət və Sənaye Palataları Birliyi (DIHK) və Almaniyanın Bakıdakı səfirliyi ilə birlikdə Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) azərbaycanlı startapçılara cəlbedici və unikal bir startap proqramı təqdim edir.

Proqram gənc Azərbaycan şirkətlərinə Alman şirkətləri və Alman bazarı ilə əlaqə yaratmaq imkanı verir.

Ağıllı şəhər, Mobillik/Logistika, Insurtech (red. mövcud sığorta sənayesi modelindən qənaət və səmərəliliyi stimullaşdırmaq üçün hazırlanmış texnoloji innovasiyalardan istifadə) və Sosial Sahibkarlıq sahələrində startaplar proqramda iştirak etməyə dəvət olunur.

Almaniya Pitçinq Tədbiri 17 Avqust 2021-ci il, saat 18:00-da Bakıda baş tutacaq. Sözügedən sektorların ən yaxşı azərbaycanlı startapçıları Alman-Azərbaycan işgüzar cəmiyyətinin üzvləri və Almaniyanın Azərbaycandakı Səfiri Dr. Volfqanq Maniq-dən ibarət yüksək dərəcəli münsiflər heyəti tərəfindən seçiləcək.

Proqrama son müraciət tarixi 29 iyuldur. Tədbirdə yalnız qeydiyyatdan keçmiş və fərdi iştirak bileti əldə etmiş namizədlər iştirak edəcək.

Müsabiqədə seçilmiş Azərbaycanın ən yaxşı startapı regional müsabiqəyə dəvət ediləcək və aşağıdakı ölkələrin startapçıları ilə rəqabət aparacaq: Avstriya, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, İtaliya, Slovakiya, Litva, Norveç.

Dörd ən yaxşı ölkə finala çıxacaq və 14-17 Noyabr 2021-ci il tarixləri arasında Şimali Ren Vestfaliya və Ren-Rur bölgəsindəki Start.up Germany Tour 2021-də tanınmış Alman transmilli şirkətləri və yenilikçi KOB-larla görüşəcəkdir. Qalib startaplar yalnız səyahət deyil, həmçinin 15.000 Avro pul mükafatı qazanacaqlar.

İştirak kriteriyaları haqqında məlumatı linkə keçid edərək əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün Türkan Məhərrəmova ilə əlaqə saxlayın: ([email protected] / +994 12 497 63 06/07).

QEYDİYYAT

Mənbə: https://www.aserbaidschan.ahk.de/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik