Mədəniyyət və yaradıcılıq sahəsində 5 maraqlı sayt

26 Fevral 2020 Məqalalələr
news-inner-photo

Ədəbiyyat, kino, musiqi və hətta elm. Sizin üçün bu sahələrdə geniş izahlı və tənqidi yazıları ilə müntəzəm çıxış edən dərgilərin qısa siyahısını hazırladıq.

Nargis

Nargis jurnalı müxtəlif nəşrlər toplusu ilə mədəniyyətin müxtəlif sahələrində maariflənmək yolunda sərhədsiz imkanlar açır. Portalda incəsənət, tarix, mədəniyyət sahələrini əhatə edən geniş materiallar dərc olunur.

Creative Economy

30-dan çox ölkədə fəaliyyət göstərən və ‘’yaradıcı icmaların təlim, təcrübə qazanması və inkişafı üçün zəruri tədqiqatlar, alətlər, sahələr və əlaqələri‘’ təmin edən Britaniya Şurasının (British Council) saytıdır.

Eurozine

Portal demək olar ki, bütün Avropa ölkələrinin mədəniyyət jurnalları şəbəkəsi kimi tanınır. Onlayn jurnal olaraq, sayt həmçinin tərəfdaşlıq etdiyi jurnallardan məqalələr dərc edərək beynəlxalq auditoriya üçün zəngin məlumat mənbəyi hesab olunur.

Cosmos And Culture

Burada mədəniyyət və elm bir araya gəlir. Portal bu sahələrin əlaqəsini göstərməyə çalışır. Redaktorların fikrincə, mədəni kontekst elmin əhəmiyyətini artıraraq ona daha böyük önəm gətirir. 

The New Yorker

Onlayn və çap versiyada çıxan bu jurnal mədəniyyət sahəsi üzrə reportajlar, şərhlər, tənqidi məqalələr, esselər, bədii əsərlər, yumor, komiks və poeziya nümunələri dərc edən portaldır. Saytda həftəlik mədəniyyət afişası, şəhər söz-söhbətləri, rəylər, aktual mövzular barədə məqalələr, eləcə də araşdırmalar yer alır.

 

Mənbə: culturepartnership.eu

Bu məqalə sizin üçün faydalı oldumu?