Qısa hekayələr necə yazılmalıdır?

15 İyul 2021 Məqalalələr
news-inner-photo

Qısa hekayələr hər hansı mesajı çatdırmaq, ruh halını oyandırmaq üçün yazılan özünəməxsus üslubu olan nəsr əsərləridir. Bu əsərlərdə sujet xətti bir məqsəd üçün yazılır və onu diqqət mərkəzində saxlamaq daha asan olur.

Qısa hekayələr neçə sözdən ibarət olmalıdır?

Tipik qısa hekayələr əsasən 1000-5000 söz arası dəyişə bilir. Lakin istisnalarla hər zaman qarşılaşmaq mümkündür. Həmçinin qısa hekayələrin janrlarına görə də söz sayı dəyişə bilir.

Hər yaxşı qısa hekayədə olmalı 5 xüsusiyyət

Bütün bədii yazılarda bəzi ümumi elementlər var, qısa hekayələrə aid olanlar aşağıdakılardır:

  • Aydın şəkildə müəyyən edilmiş əhval və ya hiss. Bu bir janr ola bilər (yumor, romantik); bir fikir (həyat dərsləri); ya da bir duyğu (itki, kədər, sevinc). Yaxud əlaqəli və aydın məqsədli olarsa, kombinasiya ola bilər.
  • İfadə dili. Hekayənin məzmunu izah edən sadə, aydın dil.
  • Personajlar. Hekayədə mühüm rola sahib olan əsas personaj və köməkçi xarakter(lər) daxil olmaqla kiçik bir personaj heyəti.
  • Güclü baxış bucağı. Qısa hekayənizlə nə demək istədiyinizi əvvəlcədən müəyyən edin. Özünüzə sual verin: hekayənizi oxuyarkən insanların nə hiss etmələrini və ya düşünmələrini istəyirsiniz? Bu baxışın hekayə boyunca aydın şəkildə əks olunduğundan əmin olun.
  • Təcrübə elementləri. Qısa hekayələr mütləq ənənəvi hekayə texnikasına sadiq qalmalı deyil. Şəxsi fikirlərinizə uyğun dəyişikliklər etməkdən çəkinməyin. Məsələn, ümumi tövsiyə budur ki, hekayədəki hər bir səhnənin bir "dönüş" nöqtəsi olmalıdır - emosional yükü əksinə dəyişdirmək. Siz bu qaydanı asanlıqla poza bilərsiniz. Bir neçə qaydanı pozmaqdan çəkinməyin və sizin üçün ən yaxşısının nə olduğuna qərar verin.

Hər şey hazırdır və hekayənizi yazmaq istəyirsiniz. O zaman, bu 5 addımı izləyin:

  • Öncə hiss et. Oxuyucularınıza ötürmək istədiyiniz hissləri və əhval-ruhiyyəni ilk öncə özünüz yaşayın. Onlar hekayəni oxuyarkən necə hiss etməlidirlər?
  • Güclü giriş hissə ilə başlayın. Hekayəyə maraq başlıqda yaranmalıdır. Bunun üçün güclü giriş etməlisiniz. Oxucu niyə hekayəyə davam etməlidir?
  • Əsas hekayəyə keçid edin. Qısa hekayələrdə yazılan hər bir məqam vacib olmalıdır. Vaxtda və sözdə israfçılıq etməyin. Hekayənin məğzi nədir?
  • Sonluğa keçin. Hər şey bu əsas məqama qədər qurulur. Qısa hekayənizin sonunu yazarkən yaratmağa çalışdığınız əhval-ruhiyyəyə diqqət yetirin və özünüzə sual verin: sona qədər bu əhval-ruhiyyəni tutmağın ən yaxşı yolu nə ola bilər? Unutmayın, qısa bir hekayə hələ bir hekayədir, yəni süjet mənalı olmalıdır və heç bir şey çox açıq olmamalıdır.
  • Redaktə edin. Özünüzə vaxt verin və daha sonra yenidən hekayəyə qayıdın. Özünüzü fərqli biri kimi düşünün və hekayəni qiymətləndirin. İstədiyiniz mesajı ötürürmü? Əhval-ruhiyyə sona qədər saxlanılıbmı? Siz hekayəni oxuyanda nə hiss edirsiniz?

Yaxşı yazmağın ən effektiv üsullarından biri də çoxlu oxumaqdır. Yazmaq istədiyiniz tərzdə çox sayda hekayələr oxuyun və qiymətləndirin.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?