Aut quia eos reprehe
Gənclər Festivalı Yay Fest Başlayır!

Azərbaycanın ən böyük gənclər festivalı daha fərqli, daha böyük və daha möhtəşəm formatda yenidən gəlir! Yay Fest 2 illik fasilədən sonra yenidən qarşınızdadır!
Bu dəfə daha möhtəşəm, daha maraqlı, daha rəngarəng və daha iri miqyasla #gəncliyimİZi fəth etməyə gəlirik!
1 ay ərzində keçiriləcək festival 5 fərqli düşərgədən ibarət olacaqdır. Hər bir gənc yalnız 1 düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən qeyd olunan tarixlər və mövzulara uyğun olaraq sizə uyğun düşərgəni seçməyiniz gözlənilir.
Hər biri 5 gün olmaqla 5 fərqli mövzuda 5 fərqli düşərgə təşkil olunacaq:
- 28 iyul - 1 avqust ~ Tələbələrimiz
- 3-7 avqust ~ İnnovasiya və Sosial Sahibkarlıq
- 9-13 avqust ~ Vətənpərvərlik
- 15-19 avqust ~ Könüllülük
- 21-25 avqust ~ İnkişaf və Karyera
Qeyd edək ki, Şamaxıda keçiriləcək Festivalda iştirak haqqı qazanan gənclər yaşayış çadırlarında gecələyəcəklər.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəal gənclərə və yüksək göstəricilərə malik gənclərə üstünlük veriləcək.
QEYD: Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 1 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.
Qeydiyyat http://yayfest.az/ veb-səhifəsi və ya GencApp mobil tətbiqi vasitəsi ilə həyata keçirilir.
Son müraciət tarixi: 22 iyul, saat 23:59
Mənbə: https://www.facebook.com/yayfest
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA