Telefonla möhtəşəm fotoları necə çəkmək olar?

14 İyul 2021 Məqalalələr
news-inner-photo

Əvvəllər möhtəşəm fotolar üçün ən yeni kamera, kompüterdə fərqli şəkil redaktə proqramları tələb olunurdu. İndi isə demək olar funskiyaların böyük əksəriyyəti telefonlarda cəmləşib. Sadəcə yüksək keyfiyyətli kameraya sahib telefon və aşağıda qeyd edəcəklərimizi bilməyinizi əla şəkillər yaratmağınız üçün kifayətdir.

Tor xətlərindən (gridlines) istifadə edin.

Telefonla çəkilən fotoları yaxşılaşdırmağın ən asan və ən rahat yollarından biri tor xətlərindən istifadə etməkdir. Bu zaman siz çəkəcəyiniz obyekti üfüqi və şaquli istiqamətdə xətlərin daxilində yerləşdirməyə çalışmalısınız. Bu zaman foto həm daha təbii, həm də daha balanslı alınacaq.

Funksiyanı kameranın tənzimləmələr bölməsindən aktivləşdirə bilərsiniz.

Kameranın fokusunu tənzimləyin.

Telefonların çoxu obyekti özü fokuslayır, amma siz bu işi mobil cihazlara buraxmayın. Ola bilər ki, avtomatik fokus və sizin çəkəcəyiniz obyekt hər zaman üst-üstə düşməsin. Buna görə fokus nöqtənizi seçin və telefonun ekranına bir dəfə toxunun.

Boşluq buraxmaqdan narahat olmayın.

Yanlış fikirlərdən biri də fotoda boş sahə buraxmamaqdır. Boşluq buraxmaq isə fotonuzu yaxşıdan mükəmmələ çevirə bilər. Boşluq dedikdə ətrafdakı səma, sadəcə bir divar və ya dəniz başa düşülə. Bu üsuldan istifadə etsəniz, fotolarınız daha çox fərqlənəcək və izləyiciləriniz onları daha çox bəyənəcək.

Fərqli rakursu yoxlayın.

Fotonuza yeni baxış bucağı əlavə edərək daha gözəçarpan görüntü əldə edə bilərsiniz. Vərdiş edilənin əksinə yanaşmağa çalışın. Hündürlük və dərinlik effekti yaratmaq fotonu daha yaddaqalan edər.

Zoom funksiyasından qaçın.

Simmetriyanı saxlamaq üçün zoom etmək sizə daha əlverişli görünə bilər. Lakin zoom şəklin effektini azaldır və bulanıqlıq yaradır. Əgər obyektə yaxınlaşmaqda həyati təhlükəniz yoxdursa, zoom əvəzinə yaxınlaşaraq çəkin. Beləliklə daha xoş görüntü yaranacaq.

Rənglərlə oynayın.

Ağ qara fotoda yalnız bir obyektin rəngli olması diqqətinizi çəkməz? Bu üsuldan istifadə edin. Fokuslamaq istədiyiniz obyekti ümumi fotodan fərqli rəngə dəyişin.

Təbii işıqdan istifadə edin.

Fləş işıqla çəkilmiş əla smartfon şəkli tapmaq çətindir. Çox vaxt fləş effekt fotoşəkildə həddindən artıq rəngləri mənfiyə dəyişdirir və insan subyektlərini solğun göstərir. Ən yaxşı telefonlarda belə bu problem yaşanır.

Təbii işıq mənbələrindən, eləcə də kölgələrdən istifadə edin. Günəş işığında çox gözəl fotolar yarada bilərsiniz.

Fotoları redaktə etməkdən qorxmayın.

Smartfonla foto çəkmək sadəcə ilk addımdır. Növbəti addım fotonun üzərində işləməkdir. Filtirlərdən istifadə xüsusilə 2 məqamda böyük önəm daşıyır.

  • Ləkələri yox etmək
  • Yeməkləri daha dadlı göstərmək.

Vizualı daha yaxşı etmək üçün filtirləri mütləq yoxlayın.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

 

 

 

 

Bu məqalə sizin üçün faydalı oldumu?