Gənclər Təşkilatları üçün 15-ci Qrant müsabiqəsi elan edilir

6 İyul 2021 Xəbər
news-inner-photo

5 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu  gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün 24 iyul 2021-ci il saat 18:00-dək  layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxaq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidirlər;
  • Gənclər təşkilatlarının qrant müsabiqəsi çərçivəsində müsabiqəyə yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
  • Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr yerli layihələr;
  • Ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr beynəlxalq layihələr kateqoriyasına aiddir;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:

  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

  • Layihə təklifləri 5 iyul 2021-ci il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

  • Layihə təklifləri üçün son müraciət tarixi 24 iyul 2021-ci il, saat 18:00-dək müəyyən edilib.

Layihə müraciətləri üzrə mövzular üçün klik edin.

Qeyd: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Müraciət üçünElektron xidmətlər

Mənbə: https://youthfoundation.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?