Sənət əsərlərinin uğurlu satışı üçün 5 məsləhət

8 İyul 2021Məqalalələr
news-inner-photo

Rəssamların çoxu sənət əsərlərini rahat şəkildə satmağı arzu edirlər, lakin bu çox vaxt mümkün olmur. Uğurlu satış üçün sadəcə doğru addımları atmaq kifayətdir. Böyük satışlara imza atan rəssamlar dünyanın ən məşhur qalereyalarında və ya sərgilərində əsərlərinin satılacağını gözləmirlər. Yaxud həmin rəssamlar əsərlərini fantastik məbləğə də satmırlar. Bu o deməkdir ki, rəssamlar sırasında olmağınız üçün aşağıdakı bir neçə kriteriyaya diqqət etməlisiniz.

  • Müştəriniz kimdir?
  • Əsərin qiyməti nə qədər olacaq?
  • Satacağınız məkan haradır?

Əsərinizə necə qiymət təyin edə bilərsiniz?

Bir çox rəssamların çaşqınlıq yaşadığı məsələ qiymətdir. Qiyməti necə təyin etməliyəm? Nələri nəzərə almalıyam?

Sənət əsərinizə qiymət təyin edərkən 2 nüansı nəzərə almalısınız: əsərə sərf etdiyiniz vaxtı və onun karyeranızda tutduğunuz yeri. Bu ikisinə əsasən siz qiymət təyin edə bilərsiniz.

Burada əsas məsələ sizin bir saatınızın qiymətidir. Həmin qiyməti müəyyən edirsiniz və daha sonra hər işə nə qədər vaxt sərf etdiyinizi ölçürsünüz.

Sənət əsəri bir məhsuldur.

Xüsusi yaradıcılıq qabiliyyəti və individual yanaşma tələb etsə də, hər bir sənət əsəri bir məhsuldur. Həmin məhsulu satmaq üçün siz müştərilərinizin onun arzulamasını, sahiblənmək istəməsini təmin etməlisiniz.

Reputasiyası olmayan bir rəssam böyük məbləğdə ilk sənət əsərini satmağa çalışarsa, bir qədər qəribə görünər. Ola bilər ki, həmin əsərə çox vaxt və əmək sərf edib. Müştərilər isə onun verdiyi mesajı tam anlamır. Buna görə zaman dəyərinizi bilməli və işlərinizi ona uyğun yaratmalısınız. Kiçik addımlarla başlayıb böyük uğurlar əldə etmək daha əlçatandır.

Müştəriləriniz haradadır?

Yeni başladığınız zaman onları uzaqda axtarmayın. Ətrafınızda işlərinizə dəyər verən insanların diqqətini çəkin və daha çoxunu bacardığınızı göstərin. Sosial medianın imkanlarından istifadə edin. İlk başlayanda sizi kiçik sosial qrup izləyəcək, bir müddət sonra işlərinizi bəyənənlərin və əldə etmək istəyənlərin sayı artacaq.

Əsərlərinizi satışa çıxardığınız an hamısının satılacağını gözləməyin. Uzunmüddətli düşünün və motivasiyanızı qoruyun. Çəkilən əziyyət hər zaman dəyər görür.

Əsərlərinizin qiymətini artırmağa başlayın.

Aşağı qiymətlə başlayıb müştərilərinizin diqqətini çəkin. Müəyyən sayda satış əldə etdikdən sonra qiymətləri artırmağa başlayın. Qətiyyən birbaşa yüksək qiymət qoymağınızı tövsiyə etmirik. Kiçik fərqlərlə satışların sayı artdıqca qiyməti də yüksəldin.

Münasib qiymətlə sevimli müştəri auditoriyanızı yaratdıqdan sonra işiniz daha da asanlacaq. Onlar sizin yalnız müştəriniz yox, həm də dəstəkçinizə çevriləcək. Haqqınızda ətrafda danışdıqca sizin də reputasiyanız artmış olacaq.

Satış məkanınızı müəyyən edin.

Üzvü olduğunuz sosial qruplardan başlayın. Könüllü təşkilatı, idman klubu və ya başqa bir sosial qrup satışa başlamaq üçün uğurlu məkandır. Hətta qohumlarınız da potensial müştəriləriniz hesab oluna bilər.

İştirak etdiyiniz tədbirlərdə işinizdən bəhs etməkdən çəkinməyin. Qısa məlumatla başlayın və qarşı tərəfin marağını gördüyünüz zaman ətraflı informasiya verin.

Qeyd olunanlar əsərlərinizi satmağa başlamaq üçün atmalı olduğunuz ilk addımlardır. Bunlarla yanaşı daim üzərinizdə işləməli, həm reputasiyanızı artırmaq, həm də daha böyük işlər görmək üçün çalışmalısınız. Sizə bu işdə uğurlar arzulayırıq!

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik