“Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək

30 İyun 2021 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 6 iyul 2021-ci il saat 20:00-da “Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar baş tutacaq.

Layihə çərçivəsində baş tutacaq təlim kurator, sənətşünas Fərəh Ələkbərli tərəfindən keçiriləcək.

Fərəh Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi və Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”-ın “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL_AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olmuşdur.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Mənbə: http://azgallery.az/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?