Qida fotoqraflarını ilhamlandıracaq 7 platforma

22 İyun 2021 Məqalalələr
news-inner-photo

Qida fotoqrafiyasının önəmi hər gün daha da artır. İstər yemək reseptlərinin verildiyi bir sayt olsun, istər restoranı təmsil edən platforma, istərsə də məhsul satışı ilə məşğul olan qida şirkətinin sosial media hesabı. Onların təkliflərini diqqətçəkən edən məqam keyfiyyətli fotoqraflıqdır.

Fotoların necə daha uğurlu alınacağını bilmək, ideya tapmaq və fərqliliklər etmək üçün axtarışlar mütləqdir. Qeyd edəcəyimiz platformalarda ən yaxşı dizaynların necə mükəmməl fotoqrafiya məhsulu olduğuna diqqət edin.

Qida sektoru platforması qarışıq və fərqli dizayn nümunələri ilə bəzədilməli deyil, möhtəşəm fotolarla diqqət çəkməlidir. Həmin fotoları ərsəyə gətirmək üçün ilham mənbəyinizin olmağı mütləqdir. Bunun üçün professionalların işlərini izləməli, onların işlərini analiz etməlisiniz.

Bu məqalədə sizə möhtəşəm fotolar üçün ilham ala biləcəyiniz platformalardan danışacağıq. Platformalar fərqli qida sahələri üzrə seçilib.

Binging With Babish

Andrew Rae bu şirkətə rəhbərlik edən aşpaz və filmmeykerdir. Instagram səhifəsini nəzərdən keçirərək qida fotoqrafiyası ilə bağlı ilhamlandırıcı ideyalar əldə edə bilərsiniz. Həmçinin, YouTube kanalındakı videoları izləmək yemək videoları çəkilişində işinizə yarayar.

Sakara

Sakara yüksək səviyyəli aşpazlar tərəfindən yaradılan, qida baxımından zəngin məhsullar təqdim edən ev yeməyi çatdırılma xidmətidir. Orqanik qidalara uyğun məzmunları Sakara Instagram səhifəsindən izləyə bilərsiniz. Yeni qida stilinə uyğun fotoları burada tapacağınıza əmin olun.

Heavenlynn Healthy

Bloqun yaranma hekayəsi maraqlıdır. Lynn bu bloqu və reseptlərini illər əvvəl hipertoniya diaqnozu qoyulduqdan sonra yaradıb. Bu, onu faydalı və sağlam reseptlər hazırlamağa ilhamlandırıb. Əgər öz qida bloqunuzu yaratmaq istəyirsinizsə, bu platforma sizin üçün ilham mənbəyi olacaq. Lynn bloqu üçün çəkdiyi fotolarla Instagram səhifəsindən tanış ola bilərsiniz.

Milk Bar

Qida fotoqrafiyasına əyləncə, rəng və fərqlilik qatmaq istəyirsinizsə, bloqu izləməlisiniz. Şirniyyat konseptində unikal məzmun yaradan Christina Tosi”nin ideyaları ilə tanış olmaq üçün Instagram səhifəsinə baxa bilərsiniz.

a fork and a pencil

Platformada sadə və səliqəli fotoqrafiya nümunələri ilə tanış ola bilərsiniz. Əgər qəlyanaltı və içki reseptləri ilə bağlı veb-sayt yaratmaq fikriniz varsa, bloqdan ilhamlana bilərsiniz. Həmçinin Instagram səhifəsinə nəzər yetirsəniz, göz yormayan və düzgün çəkilmiş qida fotoları haqqında fikir əldə edə bilərsiniz.

Jo Cooks

Joanna Cismaru bloqda görəcəyiniz ideyaların müəllifidir. O həm aşpaz, yazıçı və fotoqrafdır. Bu  deməkdir ki, fərqli sahələrdə bloqdan geniş məlumat əldə edə bilərsiniz. İlhamlanmaq üçün həmçinin Instagram səhifəsini izləyə bilərsiniz.

Sweet C's

Courtney O'Dell yemək yeməyi, səyahət etməyi və fotoqraflığı sevir. Bütün bu komponentlər birləşərək əla bir bloq ortaya qoyur. Daha çox yemək fotoqrafiyası haqqında düşünürsünüzsə, bloq sizin üçün ilham mənbəyinə çevriləcək.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?