Kreativ Sahibkarlar üçün Populyar Facebook Qrupları

14 İyun 2021 Məqalalələr
news-inner-photo

Sizinlə eyni məqsəd uğrunda çalışan və eyni düşüncəyə sahib insanların sayı bəlkə də düşündüyünüzdən daha çoxdur. Onları tapmağın ən asan yollarından biri Facebook qruplarıdır. Bu qruplara üzv olaraq siz həm ehtiyacınız olan informasiyanı əldə edə, suallarınızı ünvanlaya və ya sadəcə sizin kimi sahibkarların fikirlərini və işlərini izləyə bilərsiniz.

Yeniliklərdən vaxtında xəbər tutmaq, onları uğurla tətbiq etmək üçün bu qruplara üzv ola bilərsiniz. Bu həm özünüzün inkişafı, həm də şirkəti tanıtmaq üçün uğurlu vasitədir.

Sizə dünyada kreativ sahibkarların bir arada toplandığı populyar Facebook qruplarından danışacağıq.

Entrepreneurs Biz Network

Entrepreneurs Biz Network-da onlayn biznes sahibləri ilə uğur hekayələrinizi, fikirlərinizi və strategiyalarınızı bölüşə və müzakirə edə bilərsiniz. Bunun müqabilində siz də öz məhsullarınızı tanıtmaq imkanı əldə edirsiniz. Məhsullarınızın tanıtımı üçün link yerləşdirə, həftə ərzində qeyd olunan mövzulardda məlumat paylaşa bilərsiniz.

Qrupun üstünlüyü odur ki, siz burada məsləhət soruşa, hər hansı sualınızı qeyd edə bilərsiniz. Əsas məqsəd biznes sahiblərinin bir-birinə kömək etməsi və netvörkinqin qurulmasıdır. Qrupa üzv olaraq siz həmçinin marketinq və sosial media istiqamətində istifadə edə biləcəyiniz qrafik dizayn nümunələri əldə edə bilərsiniz.

Blogging for New Bloggers

Bloqqin marketinqin vacib hissəsidir. Faydalı bir bloq işinizdə uğur qazandıra bilər. Bu səbəbdən getdikcə daha çox sahibkar bu sahədə fəal olmağa çalışır.

Bu bloqqinq ilə bağlı suallarınıza cavab tapacağınız ən yaxşı Facebook Qruplarından biridir. Yeni bir bloqu yaratmaq və ya mövcud bloqu təkmilləşdirmək üçün qrupa üzv ola bilərsiniz. Bloqun məzmunu, texniki tərəfləri və trafik əldə etmə üsulları ilə bağlı suallara qrupda cavab tapacaqsınız.

Women Helping Women Entrepreneurs

Bu qrup dəstək vermək və fikir almaq istəyən qadınlar üçündür. Əsas diqqət biznes və şəxsi inkişafa yönəldilmişdir.

Qaydalara riayət edərək siz də öz biznesinizi paylaşa bilərsiniz.

Böyük qrupdur və ehtiyacınız olduğu zaman çox sayda rəy ala bilərsiniz.

Pinning Ain’t Easy

Veb-saytınıza trafik gətirmək üçün Pinterestdən istifadə etmək o qədər də asan deyil. Bu Pinterestlə bağlı dəstək ala biləcəyiniz ən yaxşı qruplardan biridir. Pinterest-də pinniq strategiyasının yaradılması haqqında kömək ala və daha maraqlı pinlərin necə yaradıldığı barədə məlumat əldə edə bilərsiniz.

Həmçinin qrupun üzvləri bir-birilərinə dəstək məqsədilə pinlərini paylaşır və hesabın inkişafı üçün çalışırlar.

Creative Entrepreneurs Mastermind Group

İncəsənət ilə məşğul olanlar, ifaçılar, yazıçılar üçün xüsusi qrupdur. Burada yaradıcılıq uğurlarına can atan insanlar cəmləşib. Qrupun əsas məqsədi üzvlərin bir-birindən öyrənməsidir.

Laughingbird Software Facebook Group

Bu heç bir qrafik dizayn təcrübəniz olmasa da, onlayn işiniz üçün asanlıqla qrafika yaratmağa yönəlmiş bir Facebook qrupudur. Laughingbird Software ödənişsiz dizayn düzəliş alətinə və inanılmaz qrafika yaratmağınıza kömək edəcək onlayn vasitəyə malikdir.

Marketinq və sosial media qrafika yaratmağı qrupun rəhbərlərindən və bir çox digər təcrübəli üzvlərdən öyrənə bilərsiniz. Bununla birlikdə bu qrupun ən yaxşı tərəfi, üzvlərin dizayner deyil, kiçik biznes sahibləri olmasıdır.

Bu qruplara üzv olduqdan sonra fikirlərinizi paylaşmaq və işləriniz haqqında ətraflı rəy ala biləcəyiniz insanlarla əhatələnmiş olacaqsınız. Dünyanın müxtəlif yerlərindən kreativ şəxslərin qrupda aktiv olması yeni baxış bucağının əldə edilməsi üçün də olduqca vacibdir.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?