Gənc startapçılar üçün WSA Gənc İnnovatorlar Mükafatı

11 İyun 2021Xəbər
news-inner-photo

Kimlər müraciət edə bilər: 26 yaşdan aşağı gənc innovatorlar 

Son müraciət tarixi: 31 avqust 2021-ci il

WSA Gənc İnnovatorlarında Mükafatında iştirak hər bir sahibkar, şirkət, tələbə qrupu və ya layihə komandası üçün açıqdır – təsisçi üzvlərdən ən azı biri və ya komandanın çoxluq hissəsi 26 yaşdan kiçik olmalıdır.

WSA Gənc İnnovatorlar Mükafatı lokal məzmunu əhatə edir. Təklif etdiyiniz həllin niyə lokal əhəmiyyətli olduğunu və ölkənizdə necə təsir göstərəcəyini izah etməlisiniz. Yerli şəraiti dəqiq təsvir etdiyinizdən və beynəlxalq münsiflər heyətinə təklif etdiyiniz həllin niyə yerli şərait üçün uyğun olduğunu anlamağa kömək etdiyinizdən əmin olun.

Uyğunluq meyarları

  • WSA Gənc İnnovatorlar Mükafatı üçün təqdimatlar tətbiqlər, veb səhifələr, geyilən əşyalar üçün tətbiqetmələr, köşk qurğuları, SMS əsaslı məhsullar, oyunlar və interaktiv məhsullar kimi bütün mobil və veb əsaslı layihələri özündə cəmləşdirə bilər. Layihələrin işlədiyi platformalar və ya kanallarla bağlı heç bir məhdudiyyət yoxdur.
  • Bütün müraciətlərdə bazara çıxarılmış məhsullar təqdim edilməlidir: ilkin versiyalar və tamamlanmamış layihələr qəbul edilmir.

Faydaları

  • Məhsulunuz haqqında daha çox məlumatın yayımlanmasına dəstək. WSA namizədlərə WSA milli ekspertlərinin dəstəyi ilə yerli medianın diqqətini çəkmələrinə kömək etmək üçün mətbuat üçün məlumat şablonları təqdim edir.
  • Veb saytlarında, sosial media kanallarında və nəşrlərdə istifadə üçün WSA namizəd möhürü.
  • Münsiflər heyətindən rəy almaq imkanı.
  • WSA-ya namizəd olmaq 8 kateqoriyamızın birində müvafiq ölkədə ən yaxşı olmaq deməkdir. Təcrübəmiz bu nailiyyətin daha böyük dəstək ala biləcəyini göstərmişdir.

Ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: http://www.mladiinfo.eu/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik