Yarat Freestyle Proqramında iştirak et!

10 İyun 2021Xəbər
news-inner-photo

YARAT Müasir İncəsənət Məkanı 2016-ci ildə geniş, çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır.

YARAT Freestyle təklif edir:

  • səhnə, səs avadanlığı və proyektorla təchiz olunmuş gen-bol bir məkan
  • audio-vizual texniki dəstək
  • layihənizin “piar” təbliğatı
  • yeni seyrçi auditoriyası və peşəkar baxış

YARAT FreeStyle tədbirlərində iştirak ödənişsizdir. 

Lütfən nəzərinizdə olsun(!): iştirakçılara heç bir maliyyə vəsaiti verilmir.

YARAT, çoxtəyinatlı zalımızdakı avadanlıqdan başqa, heç bir əlavə avadanlıqla iştirakçıları təmin etmir. İştirakçılar öz ehtiyaclarına görə səhnə rekviziti, kostyum və dekorasiyaların xərcini özləri çəkməlidir.

Öz layihələrinizi bu ünvana yollayın: [email protected]

Emaillər üçün mövzu başlığı: YARAT FreeStyle

Mənbə: http://www.yarat.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik