4-cü Beynəlxalq Varna Ekslibris Müsabiqəsi

7 İyun 2021 Xəbər
news-inner-photo

Kimlər müraciət edə bilər: 16 yaşdan yuxarı hər kəs

Son müraciət tarixi:

  • Avropa ölkələri üçün: 30 avqust 2021-ci il
  • Qeyri-Avropa ölkələri üçün: 20 avqust 2021-ci il

Müsabiqə Bolqarıstanın Varna şəhərində fəaliyyət göstərən Largo Art Gallery tərəfindən təşkil olunur.

Hər biri 3 imzalı nüsxədən ibarət olmaqla maksimum 5 fərqli ekslibris (kitab və kitabxana sahibləri tərəfindən kitabın cildinin daxili tərəfinə yapışdırılan və ya basılan kitab nişanı, kağız etiket) təqdim edə bilərsiniz. Təyin edilmiş xüsusi mövzu yoxdur. Yalnız ənənəvi qrafika üsullarından istifadə edə bilərsiniz. Kompüter dizaynları, fotosurətlər, rəsmlər və ya eskizlər qəbul edilmir.

Ekslibrislərin təsviri (həkk olunmuş hissəsi) 180 x 180 mm-dən çox, kağız ölçüsü isə 290 mm x 210 mm-dən çox olmamalıdır.

2018-ci ilin qalibi, Oleq Denisenko

Mükafatlar:

  • I Yer: 800 Avro
  • II Yer: 400 Avro
  • III Yer: 200 Avro
  • Gənc rəssam mükafatı (30 yaşdan aşağı): 200 Avro
  • Jordan Petkov mükafatı: 400 Avro

Qeydiyyatdan formasını əldə etmək və müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün rəsmi sayta müraciət edə bilərsiniz.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?