5 məşhur yerli videoqrafımızı tanıyaq

3 İyun 2021 Məqalalələr
news-inner-photo

İlhamlanmaq, zövq almaq və ya öyrənmək üçün ən yaxşı vasitə peşəkarlaşmaq istədiyiniz sahə üzrə işləri izləməkdir. Videoqrafiya da belə sahələrdəndir. Əgər gələcəkdə professional videoqraf olmaq istəyirsinizsə, etməli olduğunuz işlərdən biri sahənin peşəkarlarını izləməkdir.

Çox qürurverici haldır ki, kreativ sənayedə peşəkar yerli videoqrafların və onların ərsəyə gətirdiyi işlərin sayı günbəgün artır. Bu məqalədə fərqli sahələr üzrə videolar hazırlayan ölkəmizin məşhur videoqraflarından bəhs edəcəyik. İşlərini bəyəndiyiniz videoqrafları siz də rəydə qeyd edə bilərsiniz.

Vahid Həsənov

Vahid Həsənov səyahət videoqrafları arasında ilk ağla gələnlərdəndir. O Azərbaycan təbiətini, görməli yerlərini ən gözəl şəkildə izləyicilərinə çatdırır. Videolarla yanaşı həm də fotoçəkiliş ilə məşğul olan Vahid Həsənovun hazırladığı materiallarda siz fərqli effektlərlə tanış ola bilərsiniz. Həmin effektlər çəkilişlərə özəllik qatır. Vahid Həsənovu YouTube kanalından və Instagram hesabından izləyə bilərsiniz.

Fuad İsmayılov

Fuad İsmayılov toy çəkilişləri sahəsində peşəkarlaşmış videoqrafdır. Toy filmlərinin çəkilişi zamanı storitellinq əsasında da videolar çəkməsi Fuadın İsmayılovun portfoliosunu zənginləşdirən məqamlardandır. Cütlüklərin xoşbəxt anlarını lentə alan videoqrafın çəkilişlərinə http://www.fuadismayilov.az/index.html veb-saytında, Instagram hesabından və YouTube kanalından baxa bilərsiniz.

Tural Mahmudov

Tural Mahmudov ölkəmizi səyahət edir, ən füsunkar gözəlliklərini hazırladığı filmlər ilə izləyicilərinə təqdim edir. Bu filmlər yalnız hansısa bölgə ilə bağlı deyil, mədəniyyət abidələri, tarixi məkanlar, flora və fauna haqqında da çəkilir. Tural Mahmudov videoqrafiya ilə yanaşı həm də fotoqrafiya ilə də məşğul olur. Onun özünəməxsus tərzdə çəkdiyi videoları Tural Mahmudovun Filmi adlı YouTube kanalından və Instagram səhifəsindən izləyə bilərsiniz.

The Roshn

The Roshn reklam filmləri və individual videoların çəkilişi ilə məşğuldur. Artıq ölkəmizdə də trendə çevrilmiş şəxsi videoların çəkilmə tərzi, yeniliklər haqqında bu videolara baxaraq fikir formalaşdıra bilərsiniz. Film çəkilişlərinin arxa səhnələrini və videolarını The Roshn YouTube kanalında və Instagram hesabından izləyə bilərsiniz.

Fuad Gold

Fuad Gold əsasən reklam filmlərinin çəkilməsi ilə məşğul olur. Bununla yanaşı digər sahələrə aid videolar və fotoların ərsəyə gətirilməsi ilə də məşğuldur. Fuadın çəkdiyi reklam filmlərində fərqli ideya və yeniliklər ilə tanış ola bilərsiniz. Videolarını YouTube kanalındanFuad Gold Instagram profilndən izləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?