Mədəniyyət sektorunda tərəfdaşları necə tapmalı? Məsləhətlər və saytlar

14 Fevral 2020 Məqalalələr
news-inner-photo

Kreativ sənayelər sahəsində fəaliyyət göstərən yaradıcı şəxslər üçün mövcud problemlərdən biri potensial tərəfdaşların tapılmasında və tərəfdaşlıq əlaqələrinin qurulmasında olan çətinliklər və bacarıqsızlıqdır. Bununla bağlı bəzi məsləhətləri nəzərinizə çatdırırıq.

Əslində problem nədir?

“Biz adətən tamamilə özümüzə qapanaraq heç nəyi paylaşmamaq xəttini tuturuq, sanki fikirlərimizin oğurlanacağından qorxuruq, narahatlıq keçiririk. Danışaraq razılığa gəlməyə, yaxud kimləsə birlikdə işləməyə öyrəşməmişik. Özümüzün təkbaşına bir şeylər etməyimiz bizə daha asan görünür. Sanki elə gəlir ki, fikirlərimiz bənzərsizdir. Adətən hansısa bir fikirdən bərk-bərk yapışırıq, amma onu reallığa çevirmirik.” – “Avropa klubu” İB-nin layhə rəhbəri Alyona Qlazkova nəql edir.

Yaradıcı insanların bir araya gəlməsi nədən çətin alınır?

“Bizim çoxumuz individualistlərik. Kimsə öz ideyasını təqdim edəcəyini yaxud daha yaxşı necə təqdim edəcəyini bilmir. Bir başqası isə ideyasına hədsiz bağlanır və bildirir ki, yalnız bu ideya ilə işləyəcək. Bir çoxları özünü “taclı kral” hesab edir. Birlikdə daha çox işlər görə biləcəyimizin fərqində deyildirlər.” – Alyona əlavə edir.

Tərəfdaşlıq hansı məqsədlə qurulur?

“Başqa insanlar sizin ideyanıza fərqli prizmadan baxar və dəyərli şərhlər verə bilər, fikirlərinizi daha çox insana görə uyğunlaşdıra bilərlər.” – o izah edir.

Tərəfdaşları tapmaqda sizə yardımçı olacaq resursların siyahısı

Həmçinin, effektiv tərəfdaşlıq əlaqələri qurmaqda sizə yardımçı olacaq ”Tərəfdaşlıq və fandreyzinq” kursunu keçə bilərsiniz.

Bu kursda innovasiya və sahibkarlığın əsasları, əsas biznes modelləri, biznes planının əsas məzmunu və quruluşu, habelə kreativ şəhərlər və klasterlərin yaradılması və eləcə də tərəfdaşlığın digər strateji formalarının qurulmasına töhfə verən kreativ sektor və iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri kimi məsələlər əhatə olunur.

Mənbə: culturepartnership.eu

Bu məqalə sizin üçün faydalı oldumu?