Aut quia eos reprehe
“Forum Teatr” üçün qeydiyyat başlayıb
Gender, cins, gender əsaslı ayriseçkilik və zorakılıq mövzusuna həsr edilmiş “Forum Teatr” üçün qeydiyyat başlamışdır.
Ümumilikdə “Forum Teatr” 4 gün boyunca üzbəüz iştirak təmin olunmaqla baş tutacaqdır.
24, 25, 26 May – Təlimlər sessiyası
27 May – Teatr mərhələsi
3 gün boyunca davam edəcək olan təlimlərdə müzakirə olunacaq mövzular bunlardır:
Gender və cins fərqi, gender əsaslı ayrıseçkilik, incəsənətin sosial dəyişiklikdə rolu;
Gender əsaslı zorakılıq, ailədə zorakılıq “mədəniyyəti”, ailədaxili münasibətlərin sosial tərəfləri;
Ailədə gender bərabərsizliyi və rol bölgüsü.
Qeydiyyat üçün link: https://cutt.ly/BbpFux9
Son qeydiyyat tarixi: 18 may
Qeyd: 16-29 yaş arası gənclərin qeydiyyatdan keçməsi məqsədəuyğundur.
Qeydiyyat formundan keçdikdən sonra seçilmiş şəxslərə məkan haqqında məlumat veriləcəkdir.
Bu fəaliyyətlər Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Gender Hub Azerbaijan” platforması tərəfindən həyata keçirilir.
Mənbə: https://edumap.az/
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA