2021-ci ilin Hava Fotoqrafı

4 May 2021Xəbər
news-inner-photo

Son müraciət tarixi: 29 iyun 2021-ci il

Kimlər müraciət edə bilər: hər kəs üçün açıqdır.

Müsabiqə Royal Meteorological Society təşkilatının AccuWeather ilə əməkdaşlığı çərçivəsində təşkil olunur.

“Hava özünün bir çox formaları ilə möhtəşəm fotolar yarada bilər. Daim dəyişən bir mövzu ilə xəyalınızdakı kadrı tutmaq üçün doğru zamanda doğru yerdə ola bilər və ya mükəmməl bir foto alındırmaq üçün çox hazırlıq etmiş və səbir göstərmiş ola bilərsiniz. Bəzən dramatik, amma hər zaman valehedici olan hekayəni, havanın təsirini göstərən görüntüləri axtarırıq.”

Təqdimatlar üç kateqoriya üzrə qəbul olunur:

  • 13 yaşdan yuxarı bütün fotoqraflar əsas “İlin Hava Fotoqrafı” kateqoriyası üzrə müraciət edə bilərlər.
  • 13 ilə 17 yaş arası fotoqraflar “İlin Gənc Hava Fotoqrafı” kateqoriyası üzrə müraciət edə bilərlər.
  • 13 yaşdan yuxarı bütün fotoqraflar telefon və ya tablet ilə çəkilmiş şəkilləri “İlin Hava Fotoqrafı (Mobil Telefon)” kateqoriyası üzrə təqdim edə bilərlər.

Fotoqraflar üç kateqoriyanın hər biri üzrə maksimum 5 foto yükləyə bilərlər.

2020-ci ilin qalibləri

1-ci yer - Rudolf Sulgan, 'Çovğun'

2-ci yer - Vu Trung Huan, 'Çay plantasiyaları'

3-cü yer - Maja Kraljik, 'Monster'

Mükafat

İlin Hava Fotoqrafı

  • I yer: 500 funt sterlinq + REI üçün 350 ABŞ dolları dəyərində vauçer
  • II yer: 250 funt sterlinq
  • III yer: 100 funt sterlinq

İlin Gənc Hava Fotoqrafı

  • REI üçün 350 ABŞ dolları dəyərində vauçer

İlin Hava Fotoqrafı (Mobil Telefon)

  • Əsas qalib: 500 funt sterlinq + REI üçün 350 ABŞ dolları dəyərində vauçer
  • İkinci yer: 250 funt sterlinq

Ətraflı məlumat almaq üçün rəsmi internet səhifəsinə daxil olmağınız xahiş olunur.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik